Elon Musk ikinci tunel qazma maşınını aldı və Vaşinqtona tunelin qazılmasına start verdi (VİDEO)

Elon Musk ikinci tunel qazma maşınını aldı və Vaşinqtona tunelin qazılmasına start verdi (VİDEO)

Texnologiya
22.10.2017 PAYLAŞIM

Elon Musk-ın, “kiçik layihə” adlandırdığı “The Boring Company” bir neçə milyon dollara ikinci tunel qazma maşınını aldı.

Bu barədə Electrek şirkəti xəbər verib. Alınmış yeni tunel qazma maşınının uzunluğu 120 metr, diametri 8 metr, çəkisi isə 1200 tondur. Kiçik bir layihə üçün çox böyük maşındır. Lakin indidən onun üçün böyük planlar mövcuddur. Bundan əlavə olaraq şirkətin, Vaşinqton ilə Baltimor arasında tunel qazdığı da məlum olub. Musk-ın planları həmişəki kimi qlobaldır. O, təkcə tunel qazmaq üçün bu məşınları almayıb. O, həmin maşınları təkmilləşdirməyi planlaşdırır.



Sözügedən tunel qazma maşınları bir həftə ərzində 100 metr tunel qazmaq özəlliyinə sahibdirlər. Musk isə bu göstəricini 3 dəfə artırmaq istəyir. Onun fikrincə bu üsulla sözügedən layihə daha irimiqyaslı şəkildə reallaşdırılacaq. Qeyd edək ki, 1 il bundan öncə Musk öz Twitter səhifəsində bildirmişdi ki, tıxaclara nifrət edir və bu problemi aradan qaldırmaq üçün yeraltı tunellər qazacaq. Hamı bunu zarafat kimi qəbul etsə də, Musk əslində zarafat etmirdi. Bu müddət ərzində “Boring Company” artıq bir ədəd tunel qazma maşınını aldı və işlərə start verdi. Bununla yanaşı şirkət öz yeraltı tunellər konseptini də təqdim etdi. Bu, avtomobillər üçün nəzərdə tutulmuş bir növ metronu xatırladır. Avtomobillər şəhərin müəyyən nöqtələrində yerləşək platformaların üzərində dayanacaq və həmin platformalar avtomobilləri yeraltı tunellərə endirərək sürətli şəkildə şəhərin müəyyən yerinə çatdıracaqlar.


Bundan əlavə olaraq Musk bu layihənin reallaşdırılması üçün bir neçə ştat ilə də razılaşmalar əldə edib. O, bu layihəni Los Anceles meri ilə müzakirə edib. Nəticədə yeraltı tunellər sistemi Çikaqoda reallaşdırıla bilər. Bir neçə müddət bundan öncə isə Nyu York-dan Vaşinqtona kimi tunellərin tikilməsi üçün Musk, Ağ Ev-dən icazə alıb. Bir sıra informasiya vasitələrinin verdikləri məlumatlara əsasən alınmış yeni tunel qazma maşını məhz bu layihələr üçün nəzərdə tutulub. Bununla yanaşı Electrek saytı xəbər verir ki, tunelin tikintisinə artıq start verilib və tikinti meydançası Baltimor şəhərində yerləşir. Baltimor şəhərinin dövlət orqanları öz növbəsində Musk-ın bu ideyasını dəstəkləyiblər. Beləliklə Baltimor-Vaşinqton tuneli, Nyu York-Vaşinqton layihəsinin ilk mərhələsi ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×