Elon Musk ilk yeraltı tunelin istifadəyə verilmə tarixini açıqladı

Elon Musk ilk yeraltı tunelin istifadəyə verilmə tarixini açıqladı

Texnologiya
22.10.2018 PAYLAŞIM

    Elon Musk özünün Loop adlı ilk yeraltı tunelinin istifadəyə verilmə tarixini elan etdi. O bu barədə öz Twitter hesabında bildirib. Beləliklə Los Anceles hava limanının yaxınlığında yerləşən Xotorn şəhərindəki Loop tunelinin təqdimatı 10 Dekabr tarixində baş tutacaq. Tuneldə sərnişinlər üçün nəzərdə tutulmuş kapsullardan başqa avtomobillər üçün nəzərdə tutulmuş platformalar da test ediləcək. Musk bildirib ki, SpaceX şirkətinin baş ofisinin yerləşdiyi Xotorn şəhərinin yeraltı tuneli artıq hazırdır və 10 Dekabr tarixində hamı üçün təqdim ediləcək.



    Məlumata əsasən 10 Dekabr tarixində tunelin istifadəyə verilməsi münasibətilə tədbir keçiriləcək. 11 Dekabr tarixindən başlayaraq isə həmin yeraltı tuneldən hamı istifadə edə biləcək. Loop yeraltı tunelinin kapsulunun daxilinə 16 nəfər sərnişin və bir avtomobilin olduğu platforma yerləşə bilər. Test tuneli uzun deyil. Buna görə də çətin ki, onun daxilində hərəkət edəcək sərnişin kapsulu saatda 200 km-dən daha sürətli getsin. Məlumata əsasən The Boring Company 3.2 km uzunluğunda yeraltı tunel inşa edib.


    Tunel SpaceX şirkətinin ərazisində start götürür. Tunelin yarısında isə qaldırıcı şaxta yerləşir. Məlumata əsasən həmin şaxta avtomobillərin yerləşəcəkləri platformaların tunelə enməsi üçün nəzərdə tutulub. Çətin ki, həmin şaxtanın istifadəyə verilməsi yaxın zamanda baş tutacaq. Musk-ın planına əsasən bu cür yeraltı tunellər yerüstü tıxac problemlərini aradan qaldıracaq. İlk test tunelindən sonra The Boring Company şirkəti növbəti yeraltı tunellər layihəsini reallaşdırmağı planlaşdırır. Məsələn Çikaqo şəhəri üçün nəzərdə tutulmuş yeraltı tunel şəhərin mərkəzi ilə hava limanını birləşdirəcək. Daha bir yeraltı tunel isə Los Anceles şəhəri üçün nəzərdə tutulub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×