Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
Elm & Texnologiya
29.10.2024
Farid Pardashunas
Elon Musk-ın tamamlanması 122 gün davam edən və 100.000 GPU ilə təchiz olunmuş xAI Colossus superkompüteri ilk dəfə ictimaiyyətə təqdim edilib. Bir YouTuber, təsisi gəzərək görüntülərini paylaşıb.
Elon Musk-ın yeni layihəsi olan xAI Colossus superkompüteri, 100.000 GPU ilə təchiz edilmiş nəhəng bir süni intellekt kompüteri kimi ilk dəfə detallı şəkildə kameraların qarşısında göstərilib. YouTuber ServeTheHome, superkompüterin Supermicro serverlərini incələyərək bu layihənin müxtəlif aspektlərini ortaya qoyub. Colossus, 122 günlük montaj prosesindən sonra artıq 2 aydır ki, onlayn vəziyyətdədir. Videoda bəzi detallar gizli saxlanılsa da, superkompüterin əsas komponentləri geniş şəkildə paylaşılıb.
xAI Colossus-un əsas quruluşu, hər biri 8 H100 GPU-dan ibarət olan NVIDIA HGX H100 serverləridir. Bu serverlər, Supermicro-nun maye ilə soyudulmuş 4U Universal GPU sistemində yerləşir. Hər bir vahid, 8 server daşıyan strukturların içində ümumilikdə 64 GPU ehtiva edir. Hər bir vahidin alt hissəsində yedəklənmiş nasos sistemi və monitorinq cihazı olan bir Supermicro 4U bloku var. Bütün bu sistem, 1.500-dən çox GPU vahidini əhatə edən nəhəng bir quruluş yaradır.
Yüksək zolaq genişliyi tələbləri olan bu superkompüter, şəbəkə bağlantıları üçün də xüsusi bir struktur təqdim edir. Hər bir GPU 400 GbE sürətində xüsusi bir şəbəkə interfeysinə malikdir ki, bu da ümumilikdə 3.6 Terabit/saniyə sürətlə ethernet bağlantısı yaradır. Bütün quruluş, superkompüterlərdə standart olan InfiniBand əvəzinə Ethernet ilə işləyir. Bu struktur, süni intellekt modellərinin davamlı olaraq təlim olunması üçün lazımi yüksək məlumat axını təmin edir.
Colossus-un əsas istifadə sahəsi, Elon Musk-ın "anti-woke" süni intellekt dəstəkli söhbət botu olan Grok kimi X (əvvəlki Twitter) platformasındakı AI modellərinin təlimidir. NVIDIA-nın məlumatına görə, Colossus hazırda dünyanın ən böyük süni intellekt superkompüteridir. Layihənin ilkin mərhələsi başa çatmışkən, Musk-ın mövcud gücünü 50.000 yeni H200 GPU ilə ikiqat artırmağı hədəflədiyi bir yeniləmə planı da var. Bu isə enerji istehlakının da ikiqat artacağı mənasına gəlir.
Linki kopyala
superkompüter
xai colossus supercomputer
artificial intelligence
nvidia
supercomputer
xai grok
suni intellekt
elon musk supercomputer
xai colossus
grok
elon musk xai colossus
ai
suni zeka
elon musk
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar OpenAI-nin tibbdə istifadə olunan alətinin yalan söylədiyi barədə xəbərdarlıq ediblər!
Tədqiqatçılar OpenAI-nin tibbdə istifadə olunan alətinin yalan söylədiyi barədə xəbərdarlıq ediblər!
OpenAI-nin səs aləti Whisper, tibb mərkəzlərində xəstə müsahibələrini transkripsiya etmək üçün geniş istifadə olunur. Ancaq yeni hesabata görə, alət bəzən qeydlərdə olmayan ifadələr və səhv məlumatlar əlavə edə bilir.
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Mars üçün "neyromorfik" süni intellekt sınaqdan keçirilir!
Avropa Kosmos Agentliyi (ESA) Mars gəzinti layihəsində neyromorfik süni zəka tətbiq etməyi planlaşdırır. Bu süni zəka sistemi ilə cihaz yalnızca millisaniyələr içində ətrafını anlaya biləcək.
OpenAI şirkəti GPT-4-dən 100 dəfə güclü olacaq süni zəka modelinin təqdimatına hazırlaşır
OpenAI şirkəti GPT-4-dən 100 dəfə güclü olacaq süni zəka modelinin təqdimatına hazırlaşır
OpenAI şirkəti Orion kod adına sahib yeni süni zəka modelini təqdim etməyə hazırlaşır. Bunun ya bu ilin sonuna kimi ya da gələn il baş tutacağı gözlənilir.
NVIDIA əməkdaşı dünyanın ən böyük sadə ədədini kəşf edib!
NVIDIA əməkdaşı dünyanın ən böyük sadə ədədini kəşf edib!
Əvvəllər NVIDIA-da çalışan Luke Durant, dünyanın ən böyük sadə ədədini kəşf edərək dünya miqyasında diqqət çəkib. O, minlərlə GPU-dan istifadə edərək 2^136,279,841 – 1 düsturuna və təxminən 41 milyon rəqəmə sahib sadə ədəd tapıb.
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!
14 yaşlı bir uşağın intiharında Character.AI-ı günahlandıran ana, süni zəka şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!