
Elon Musk-ın, Mars planetinin mənimsənilməsi layihəsi zamanı qarşılacağı ciddi problemlər
Elm & Texnologiya
05.10.2017
Emil
Elon Musk və onun “SpaceX” şirkəti,
növbəti 5 il ərzində Mars planetinə iki kosmik uçuş planlaşdırır. 2024-cü ildə
isə sözügedən planetə ilk insanlar ayaq basmalıdırlar. Bundan sonra planetdə
kosmik liman və şəhər tikiləcək. Müəyyən vaxtdan sonra isə planet, Yer kürəsi
kimi həyat şəraitinin yaradılması üçün münbit mühitə sahib olacaq.
Əgər Musk-ın
planı baş tutsa, bu, Günəş sistemindəki həyatı tamamilə dəyişəcək. Marsın ilk
kolonizatorlarının təcrübələri, alim və mühəndislərdən ibarət olan gələcək nəsilləri,
yeni kəşflərin edilməsinə ilhamlandıracaq. Lakin həmin böyük gün və indiki
zaman arasında “SpaceX”in həll etməli olduğu külli miqdarda çətin məsələlər
var.
Onlardan çoxu, layihənin texniki tərəfləridir. Məsələn, astronavtları Mars
planetinə çatdıracaq raket hələki inşa edilməyib. Kosmik gəminin testi zamanı
hansı problemlərin yaşanacağını heç kim bilmir. Bu baxımdan çox güman ki, Musk
və onun komandası, qeyri-standart həll yollarını tapa biləcəklər. Lakin buna
baxmayaraq “SpaceX”, Mars missiyasının startından öncə bir sıra siyasi və
sosial problemlərlə üzləşəcək. Bu barədə PhysOrg saytı xəbər verir.
Panetar təhlükəsizlik:
Fərz edək ki, Marsda nə vaxtsa həyat
olub. Və əgər biz tez bir müddət ərzində həmin planeti mənimsəməyə başlasaq, onda orda
nə vaxtlarsa varolmuş həyatın izlətini məhv edə bilərik. Və yaxud Yer kürəsindən
təsadüfi şəkildə özümüz də bilmədən ora aparacağımız bakteriyaları, Mars
planetinin sakinləri kimi qəbul edə bilərik. Birdən orda indinin özündə də zərərli
viruslar olsa və astronavtlar bilmədən təsadüfi şəkildə onları Yer kürəsinə gətirsələr,
onda necə?

Bu cür suallar, astrobioloqları və
planetar təhlükəsizlik üzrə mütəxəssisləri narahat edir. Belə ki, biz, təhlükəsizlik
üzrə tədbirləri yalnız dövlətin kosmik proqramlarına tətbiq edə bilərik. “SpaceX”
kimi özəl şirkətlərə, beynəlxalq normalar və planetar təhlükəsizlik qaydaları,
hüquqi cəhətdən tətbiq olunmur. İrimiqyaslı yoluxma üzrə suallara məsuliyyətsiz
yanaşmaq, ona gətirib çıxara bilər ki, Mars mikrobları, Yer kürəsində əsl fəlakət
yarada bilərlər.
Ekoterrorizm:
Musk, Mars barəsində uzunmüddətli
planlara sahibdir. O, həmin paneti, həyat üçün gözəl məkana çevirmək istəyir.
Günlərin birində insanlar nəinki digər ölkələrə, həmçinin digər planetlərə də
köçə biləcəklər. Çox möhtəşəm səslənir. Lakin hamı üçün yox. Bəziləri bu
ideyadan o dərəcədə şok vəziyyətə düşəcəklər ki, onun reallaşdırılmasının
qarşısını almaq üçün müxtəlif cinayətlərə əl atacaqlar.

Günümüzdə ekoterrorizm ətrafında
o qədər şaiyə var ki, onlardan real olaraq neçəsinin baş verdiyini təyin etmək
qeyri-mümkündür. Lakin dəqiq olan odur ki, təbiəti ilkin vəziyyətdə saxlamaq
üçün qanunları pozan, Yer kürəsinin xilas olunması Cəbhəsi kimi təşkilatlar
mövcuddur. Bu isə o deməkdir ki, Musk-ın planlarını alt-üst etməyə çalışacaq
aktivistlər yaranacaq. Beləliklə “SpaceX”, Yer kürəsini tərk etmədən bu cür
problemlərlə qarşılaşa bilər.
Kosmik siyasət:
Kosmosa özəl şirkətlərin
uçmasından öncə hökümətlər, Yer kürəsinin atmosferindən kənarda olacaq obyektlər
üçün qanunları və tələbləri özündə birləşdirən beynəlxalq saaziş imzalayıblar.
Kosmos üzrə saaziş, Ay və digər kosmik obyektlərdən sülh məqsədli istifadəni məhdudlaşdırır
və həmin obyektlərdə istənilən silah növünün testinin keçirilməsinə və hərbi
bazaların yaradılmasına qadağa qoyur.

Bu saaziş, 1967-ci ildə bağlanıb. Yəni,
Elon Musk-ın doğulmasından 4 il öncə. “SpaceX” və “Blue Origin” kimi özəl şirkətlərin
yaranması, Günəş sistemində kimin nə edəcəyini anlaşılmaz şəkilə gətirdi. Hökümətlər
yenidən bir araya yığışıb tamamilə yeni beynəlxalq kosmik qanunvericilik
yaratmalıdır. Çətin ki, bu uzun müddətə baş versin. Buna görə də Musk, əmin
olmalıdır ki, yeni qanunlar onun şirkətinə ziyan vurmayacaq və digər özəl şirkətlərin
əllərini bağlamayacaq.
İqlim dəyişikliyi:
Bir çoxları üçün Mars planetinin mənimsənilməsi
mövzusundakı Musk-ın səbrsizliyi, “bir istifadəlik Yer” kimi görünür. Biz, bir
planeti yararsız hala saldıq və yeni planetə keçid etmək vaxtıdır. Təbii ki,
Musk bu cür fikirlərlə bu mövzuya yanaşmır. Lakin Yer kürəsində iqlim dəyişikliyindən
narahat olan insanlar, səhnəni məhz bu cür görürlər.
Bir çoxları düşünür ki,
ilk öncə Yer kürəsinin atmosferini parnik qazlarından, suları, kimyəvi
tullantılardan təmizləmək, təbii enerji mənbələrinə keçmək və planetimizə heç
bir təhlükənin olmaması üçün bütün tədbirlər görülməlidir. Məhz bundan sonra
yeni planeti mənimsəmək olar. Belə olduğu halda, “SpaceX”, ciddi siyasi və
iqtisadi güc ilə mübarizə aparmalı olacaq. Bununla yanaşı Musk bildirib ki, o,
Mars planeti üçün nəzərdə tutulmuş raketdən istifadə edərək insanları, şəhərlərarası
uçuş proqramına start vermək fikrindədir.

Bu cür üsul ilə Nyu Yorkdan Parisə,
yarım saata çatmaq olacaq. Çox dəlisov ideya olsa da, tamamilə reallaşdırıla
biləndir. Bununla yanaşı bu cür üsul ilə Musk, Mars planeti üçün nəzərdə
tutulmuş raketin faydasını, bu layihənin ən böyük tənqidçilərinə də sərgiləyə
biləcək. Bəlkə də raketlərdən ifraz olunacaq tullantıların miqdarı, adi təyyarələrin
ifraz etdikləri tullantıların miqdarları ilə eyni olacaq.
Bəlkə də müəyyən
vaxtdan sonra həmin raketlər, günəş enerjisindən istifadə edərək oksigen və ya
metan vasitəsilə hərəkət edəcəklər. Lakin günümüzdə Yer kürəsinin atmosferinin
çirklənmə səviyyəsinin yüksək olduğu, parnik qazlardan imtina prosesinin ləng
getdiyi və perspektivlərin bədbin göründüyü bir vaxtda bir çoxları, sözügedən
kosmik proqrama qarşı çıxa bilərlər.
İlhamlandırır və ya qəzəbə səbəb
olur?:
60 il bundan öncə SSRİ, Yer kürəsinin ilk süni peykini işə salmış və bu hadisə dünyanı həmişəlik dəyişmişdi. Bütün ölkələr, texniki təhsilə olan baxışlarını dəyişdilər. Ola bilər ki, biz indi, kosmosun mənimsənilməsi barəsində yeni dövrün qarşısındayıq. Lakin biz, sosial-iqtisadi məsələlərdə daha ağıllı və fərasətli olmalıyıq.

Özəl şirkətlərin, kosmik proqram vasitəsilə milyonlarla pul yumamalarına necə imkan verməmək olar? Necə əmin olmaq olar ki, “SpaceX”, bizi, Yer kürəsində zəhərli qazları udmağa məcbur qoyaraq milyonçuların yeni planetdə tamamilə yeni həyat şəraiti qurmaq cəhdi deyil? Elon Musk, texniki məsələlərin həlli üçün istifadə etdiyi bacarığını, öz ideyalarının irəli getməsi üçün də istifadə etməli olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
