Elon Musk-ın məqsədlərə çatmaq üçün ilhamlandıran 11 sitatı

Elon Musk-ın məqsədlərə çatmaq üçün ilhamlandıran 11 sitatı

Texnologiya
29.10.2017 PAYLAŞIM

Dünyada baş verən fəlakət və haqsızlıqlara baxmayaraq yenə də ümid yeri buraxan insanlar var. Söhbət, ətrafdakı kütləni öz əzmlikləri ilə yoluxduran və işıqlı gələcəyə doğru yol çəkən insanlardan gedir. Belə insanlardan biri də Elon Musk-dır. Bu insan yaxşı işlərə pul vəsaitləri verməkdən çəkinmir. Günlərin birində o, bir insanı xilas etmək uğrunda öz Tesla avtomobilini qurban vermiş şəxsin avtomobil təmiri pulunu ödəmişdi. Bir neçə müddət bundan öncə isə Puerto Rikodakı uşaq xəstəxanasını tamamilə pulsuz şəkildə günəş batareyaları ilə təmin etmişdi. Inc.com saytı bu insanın 11 maraqlı sitatını tərtib edib. Həmin sitatlar insan qabağında nə qədər sərhədlərin və çətinliklərin olmasına baxmayaraq vaz keçməməyi əks etdirir.

“Əgər nəsə lazımi dərəcədə vacibdirsə və şanslar sizdən yana deyilsə siz sadəcə bunu edirsiniz”
“Əgər siz səhər tezdən gələcəyin yaxşı olacağı ümidi ilə oyanırsınızsa, onda sizin gününüz parlaq keçir. Əks halda sizin gününüz heç də parlaq olmayacaq
Sizin səhər tez oyanaraq yaşamaq istəyiniz üçün səbəblər olmalıdır. Nəyə görə siz yaşamaq istəyirsiniz? Bunun mənası nədədir? Sizi nə ilhamlandırır? Gələcəkdə siz nə görmək istəyərdiniz? Əgər gələcək, ulduzlar arasında olmanı və planetlərarası həyatı əks etdirmirsə, bu məni məyus edir”
“Henry Ford ucuz və etibarlı avtomobilləri yaradanda insanlar belə söylədilər: “Atlar onlardan pisdir?”. Bu, onun aldığı ən böyük risk idi və nəticədə hər şey alındı
İnadkarlıq çox vacibdir. Əgər təslim olma məcburiyyətində deyilsəniz, onda təslim olmamalısınız”
“Bütün yumurtaları bir səbətdə saxlamaq normaldır. Əsas olan sizin, bu səbətdə baş verənləri idarə etməyi bacarmağınızdır”
“Əgər siz 100 il keçmişə qayıtsaz, bugün bizim təbii hesab etdiyimiz hər şey möcüzə kimi görünəcək. Orakul kimi uzaq məsafələrdəki insanlarla danışmaq, fotolar ötürmək, uçmaq, böyük həcmli məlumatları qəbul etmək. Bir neçə yüz il bundan öncə bütün bunlar sehrbazlıq hesab olunurdu”
“Biz bunu etməyə hazırlaşırıq. Tanrı mənim şahidimdir ki, mən bütün gücümlə bunun çalışması üçün səy göstərirəm”
“İlk addım nəsə mümkün bir şeyi hazırlamaqdır. Ehtimal sonra yaranacaq”
“Düşünürəm ki, adi insanlar qeyri-adi həyat seçə bilərlər”
“Mən bunun necə baş verdiyini kənardan izləyə və ya bunun bir hissəsi ola bilərdim”.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×