Elon Musk-ın qardaşı Kimbal Musk: 'Qida məhsullarının istehsalında innovasiyalar olacaq'

Elon Musk-ın qardaşı Kimbal Musk: 'Qida məhsullarının istehsalında innovasiyalar olacaq'

Texnologiya
17.10.2017 PAYLAŞIM

Kimbal Musk haqqında danışanda, onu, qardaşı Elon Musk ilə müqayisə etməmək mümkün deyil.

Çünki Kimbal, Elon-un, kosmonavtika və elektromobil sahəsində etdiyi innovasiyalı yenilikləri kənd təsərrüfatı sahəsində etmək istəyir. Belə ki, Kimbal Musk bütün dünyanı Silikon Vadisi tərzində qida ilə təmin etməyi planlaşdırır. Bu barədə New York Times xəbər verib. Kimbal öz qardaşı ilə birlikdə çalışaraq varlanıb. Onun artıq 45 yaşı var və o, ABŞ-da boş əraziləri almaqla məşğuldur. O, istehlakçıları, fermerləri, ABŞ-ı və bütün dünyanı qida ilə təmin etmək potensialına sahib ekoloji təmiz qida məhsullarına inanır. Elon-un biznesində olduğu kimi Kimbal-ın da biznesində ilk planda olan strategiya, ideya və marketinqdir. O, ABŞ üzrə sadəcə olaraq innovasiyalı şaquli fermalar yerləşdirmək istəmir.



Kimbal bu sahədə infrastrukturun, təlim mərkəzlərinin, qida fəlsəfəsinin yeni inkişafını, vençur proqramlarını, xüsusi akseleratorları və s. yaratmağı planlaşdırır. Onun fikrincə, onun sistemi ABŞ-ın bugünki kənd təsərrüfatını və ümumilikdə qidaya olan Amerika ənənələrini tamamilə dəyişəcək.

“Qida bizim özümüzə gündə 3 dəfə verilən gözəl hədiyyədir. Lakin bugün sahib olduğumuz dəhşətli qida sistemindən daha dəhşətlisini təsəvvür etmək çətindir. Biz heç vaxt qida ətrafında bugunki miqyasda innovasiya görməmişik” – deyə Kimbal bildirib.

O həmçinin qeyd edib ki, food-space (Silikon Vadisində qida sənayesini məhz belə adlandırırlar) onu, 1995-ci ildə internetin ilhamlandırdığı kimi hal hazırda ilhamlandırır. Kimbal Musk siyasətçi və missioner kimi özünün gələcək qida sənayesi ideyası ilə bütün ştatlara səyahət edir. Bu il o, qida məhsulları və biznesə aid olan 50-ə yaxın konfransda iştirak edib. Bununla yanaşı o, öz portfolio şirkətlərinə və digər layihələrinin dəstəyinə milyonlarla dollar vəsait xərcləyir. Onun qeyri-kommersiya təşkilatı artıq məktəblərdə və uşaq baxçalarında 425 təlim bostanı yerləşdirib.


Beləliklə uşaqlar kiçik yaşlarından əsl qida məhslunun necə yarandığını biləcəklər. Kimbal bildirib ki, istənilən biznes üçün əsas olan faktorlardan biri də irimiqyaslı böyümə imkanıdır. Düzgün qidalanma ideyasını inkişaf etdirməyə çalışmış əvvəlki şirkətlər lazımi nəticəni əldə edə bilmədilər. Çünki onlar öz biznes modellərini irimiqyaslı şəkildə böyüdə bilmədilər. O isə əmindir ki, öz biznes modelini böyüdə biləcək.

Onun biznes modelinə həmçinin tənqidlər də var. Belə ki, tənqidlər arasında qeyd olunur ki, fermerlərlə çalışmaq, internet sahəsində fəaliyyət göstərən şirkətdə çalışmaqdan 100% fərqlənir. Aşağı gəlirli insanlar üçün tərəvəz ilə meyvələri əlçatan etməyə çalışan “Wolesome Wave” şirkətinin təsisçisi və CEO-su Michel Nischan bildirib ki, Kimbal-ın düzgün ideyaları var. Lakin o həmçinin onu da qeyd edib ki, Kimbal-a bir qədər ferma təcrübəsi çatmır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×