main-post-cover

    Elon Musk-ın Roadrunner adlı gizli layihəsi: Daha ucuz və yüksək həcmli batareyalar

    Elm & Texnologiya
    28.02.2020
    Emil Nəcəfov
        Son bir neçə ay ərzində Tesla şirkəti öz elektromobilləri üçün batareya istehsalı ilə özünün məşğul olacağına işarə edir. Hər şey Tesla-nın superkondensator və Musk-ı maraqlandıran digər texnologiyanın hazırlanması ilə məşğul olan Maxwell adlı startapı alması ilə başladı. Daha sonra Tesla-nın səhmdarları ilə görüş çərçivəsində Musk təsdiqlədi ki, Tesla öz eletromobilləri üçün batareya istehsalını özü reallaşdırmağı planlaşdırır. Bu barədə Electrek saytı xəbər verib. Anonim mənbənin Electrek jurnalistlərinə verdiyi məlumata əsasən Musk-ın gizli layihəsi Roadrunner adlanır.
        Onun əsas məqsədi isə daha aşağı qiymətə başa gələn və yüksək enerji sıxlığına sahib yeni cərəyan elementlərinin istehsalıdır. Məlumata əsasən yeni nəsil batareyaların yaradılmasında şirrət mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiyadan istifadə olunur. Həmin mütəxəssislər qrupuna həmçinin Kaliforniyadan olan alimlər də daxildir və sözügedən layihə gizli şəkildə artıq bir neçə aydır ki, hazırlanır.
        Tesla şirkəti Roadrunner layihəsi çərçivəsində hazırlanan yeni nəsil batareyaların prototiplərini artıq test edib. Şirkət rəhbərliyinin fikrincə yeni cərəyan elementləri elektromobillər üçün nəzərdə tutulmuş  batareyaların daxilinə və hətta enerji saxlanması üzrə sənaye sistemlərinə inteqrasiya ediləcək. Məlumatda həmçinin qeyd edilib ki, Musk-ın təlimatına əsasən yeni nəsil batareyalardan bir neçəsi Model S və ya Model X-ə yerləşdirilsin. Belə ki, Musk yeni nəsil batareyanın potensialını aprel ayında keçiriləcək Battery Investor Day tədbirində sərgiləməyi planlaşdırır. 
    Linki kopyala