
Elon Musk-ın şirkəti Las Veqasdakı birinci yeraltı tunelin qazılmasını uğurla yekunlaşdırdı
Elm & Texnologiya
17.02.2020
Emil
Elon Musk-ıın The Boring Company şirkəti məşhur milyarderin iddialı yeraltı tunellər layihəsini reallaşdırmağa davam edir. Bir neçə müddət bundan öncə şirkət təmsilçiləri Las Veqasda inşa edilən yeraltı tunel barəsində yeni hesabatı təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən yerin 12 metr dərinliyində olan 1.61 kilometrlik tunelin qazılması üçün şirkət 3 ay vaxt sərf edib.

Növbədə isə ikinci belə bir tunelin qazılmasıdır. Həmin tunel də Las Veqasdakı sərgi mərkəzinin böyük zalları arasında sərnişinlərin yüksək sürətlə daşınması üçün nəzərdə tutulacaq. Plana əsasən yeni yeraltı tunel sistemi hər saat 4400 sərnişin daşıyacaq. Daşınma prosesi isə xüsusi kapsullar vasitəsilə reallaşdırılacaq və həmin kapsullar bütün yolu 1 dəqiqə ərzində qətt edəcəklər.
Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda sərgi iştirakçıları piyada vasitəsilə həmin yolu 15 dəqiqəyə qətt edirlər. Analitiklərin hesablamalarına əsasən bütün nəqliyyat sistemi 52.5 milyon dollara başa gələcək. Gözləntilərə əsasən sözügedən layihə 2021-ci ilin yanvar ayına kimi sonlandırılacaq və CES 2021 sərgisinin iştirakçılarına rəsmi olaraq təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
