
Elon Musk-ın şirkəti odpüskürən satışına başladı
Elm & Texnologiya
27.01.2018
Emil
Elon Musk-ın şirkəti odpüskürən satışına start verir.
Hələ keçən ilin Dekabr ayında
Elon Musk öz Twitter hesabında bildirmişdi ki, əgər onun “Boring Company” şirkəti
500.000 ədəd papaq sata bilsə həmin şirkət odpüskürən satışına start verəcək.
Görünür, o heç də zarafat etmirdi. Belə ki, Reddit portalının istifadəçiləri
aşkar ediblər ki, boringcompany.com/flamethrower ünvanına keçid edəndə istifadəçilərdən
şifrə yığılması tələb olunur.

Həmin şifrə bölməsinə “flame” yazandan sonra isə
istifadəçi odpüskürənin ön sifarişi ilə bağlı səhifəyə keçid edir və həmin səhifədə
qiyməti 600$ olan odpüskürəni ön sifariş etmək mümkündür. Ön sifariş səhifəsində
həmçinin qeyd olunub ki, odpüskürənin final versiyası prototipdən qat-qat yaxşı
olacaq. Ön sifarişi etmiş şəxslər isə bu cihazı Aprel ayında əldə edəcəklər.
Lakin çox təəssüfki bundan sonra səhifənin şifrəsi dəyişildi və istifadəçilər səhifəyə
keçid etmək üçün hansı şifrənin istifadə olunduğunu tapmağa çalışırlar.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
