
Elon Musk'ın sonu və ya Tesla şirkəti hansı ciddi problemlər ilə qarşılaşıb?
Elm & Texnologiya
16.04.2018
Emil
Analitiklərin fikrincə şirkət həddindən çox pul xərcləyir və
bunun fonunda əlavə maliyyənin cəlb olunmasında problemlər yaşana bilər.
Tesla şirkəti ilə nə baş verir?
Mart ayının sonu və Aprel ayının əvvəllərində elektromobil
istehsalı ilə məşğul olan Tesla şirkəti bir neçə problemlə qarşılaşdı. 23 Mart
2018-ci il tarixində Tesla avtomobili yol nəqliyyat hadisəsinin səbəbkarı oldu
və həmin hadisədə sürücü öz həyatını itirdi. Qeyd etmək lazımdır ki, hadisənin
baş verdiyi an Tesla avtomobili avtopilot rejimində hərəkət edirdi. Həmin
vaxtda Bernstein şirkətinin analitikləri Tesla Model 3 avtomobilinin istehsalı
ilə bağlı problemlərin əks olunduğu xüsusi hesabat hazırladılar. Həmin
hesabatda onlar qeyd etmişdilər ki, avtomobillərin istehsalatının yüksək dərəcədə
avtomatlaşdırılması faktoru şirkətə çox ciddi problemlər yarada bilər.
Analitiklər Elon Musk-a şirkətin strategiyasına və hətta Model 3 modelinin
konstruksiyasına yenidən nəzər yetirməsini məsləhət gördülər.
29 Mart tarixində
Moddy’s adlı reytinq agentliyi Tesla şirkətinin maliyyə problemləri haqqında
ehtimallarını açıqladı güman etdi ki, şirkətin hazırki xərclərini nəzərə alaraq
ilin sonuna kimi onun işlərinə maliyyə vəsaitləri çatmayacaq. 30 Mart tarixində
şirkət Model S modellərində olan problemlər səbəbilə 123.000 ədəd Model S
avtomobilinin geri çağırıldığını xəbər verdi. Həmin gündə şirkət həmçinin 23
Mart tarixində baş vermiş qəza ilə bağlı istintaq məlumatlarını ortaya
çıxartdı. İstintaq məlumatlarının ortaya çıxarılması isə NTSB nəqliyyat tənzimləyici
agentliyinin narazılığına səbəb oldu. 12 Aprel tarixində Bloomberg xəbər
verdi ki, NTSB Tesla şirkətini istintaqdan kənarlaşdırıb.
1 Aprel tarixində
Elon Musk öz Twitter hesabında Tesla şirkətinin maliyyə vəsaitlərinin bitdiyini
və bu səbəbdən şirkətin iflasa uğradığı barəsində zarafat etrmişdi. Bu ayın əvvəlində
şirkət bildirmişdi ki, o, həftədə 2020 ədəd Model 3 istehsalı səviyyəsinə
çatıb. Musk həmçinin bildirmişdi ki, istehsalat ilə bağlı idarəetməni öz üzərinə
götürüb və bu səbəbdən o, gecələr zavodda qalmaq məcburiyyətindədir. Model 3-ün
istehsalı şirkəti narahat edən əsas problemlərdən biridir.
Bazar bu hadisələrə necə reaksiya verdi?
Bu ilin Mart ayının ortasında Tesla şirkətinin səhm qiymətləri
getdikcə aşağı düşməyə başladı. 12 Mart tarixində şirkətin bir səhminin qiyməti
345.5$, 28 Mart
tarixində isə 257.8$ təşkil
etmişdi. Beləliklə səhmlərin qiymət göstəriciləri 25% aşağı düşmüşdür. 2 Aprel
tarixində şirkətin bir səhminin qiyməti 252.5$ göstərici ilə minimum nəticə sərgiləmişdi.
13 Aprel tarixində səhmlərin qiymətlərində bir qədər artım olaraq 300$ göstərici
təşkil etmişdi.

Tesla şirkəti hansı problemlərlə qarşılaşıb?
Birinci problem avtomobil istehsalının yüksək dərəcədə
avtomatlaşdırılması ilə bağlıdır. Bernstein analitik şirkətinin hesabatının müəlliflərinin
fikrincə şirkət avtomobil yığılması və istehsalının yüksək səviyyədə
avtomatlaşdırılmasına öz diqqətini çox ayırıb. Bu isə öz növbəsində biznesin
miqyasının artırılmasında şirkət üçün problemlər yaradır. Şirkətin fikirləşdiyi
proses çox qəliz, riskli və iddialıdır. Bernstein şirkətinin fikrincə digər
avtomobil şirkətlərindən fərqli olaraq Tesla bir avtomobilin yığılmasına iki dəfə
daha çox maliyyə sərf edir. Avtomobilləri yığan mühəndislərin yerinə şirkət qəliz təchizatlara nəzarət edən
mühəndisləri işə götürür. Şirkət həmçinin həmin təchizatların quraşdırılıb
ayarlanmasına da əlavə maliyyə xərcləyir. Bu səbəbdən şirkət öz maliyyə vəsaitlərinə
qənaət etmir.
Tesla şirkəti nəinki avtomobil detallarının istehsalını həmdə
avtomobillərin son nəticə olaraq yığılmasını da avtomatlaşdırmağa çalışır.
Bernstein şirkətinin analitiklərindən biri öz karyerasına Motor Vehicle
Program-da start vermişdi və o düşünür ki, avtomobilin final yığılması mərhələsində
avtomatlaşdırma prosesi sadəcə işləmir. Onun sözlərinə görə Tesla şirkətinin öz
fabriklərində quraşdırdığı avtomatlaşdırılmış robotlar sadəcə olaraq avtomobillərin
son nəticə olaraq yığılması prosesinin temp sürətinin öhdəsindən gələ bilmirlər.
Öz hesabatlarında analitiklər bildiriblər ki, hətta ən yaxşı Yapon avtomobil istehsalçıları
da öz zavodlarında avtomatlaşdırma prosesini məhdudlaşdırmağa çalışırlar. Belə
ki, avtomatlaşdırma prosesi çox baha başa gəlir və məhsulun yekun keyfiyyətinə
mənfi təsir göstərir.
Qeyd etmək lazımdır ki, Fiat və Volkswagen kimi böyük
avtomobil şirkətləri də istehsalatın avtomatlaşdırılmasına nail olmaq istəyirdilər.
Lakin bu baxımdan onlar uğursuzluğa uğradılar. Analitiklərin fikrincə
istehsalat problemini aradan qaldırmaq və lazımi məqsədlərə çatmaq üçün şirkət
nəinki öz istehsalat strategiyasını həmdə Tesla Model 3-ün konstruksiyasını dəyişməli
olacaq. Bu ayın ortalarında CBS ilə müsahibəsində Elon Musk etiraf etdi ki,
yüksək səviyyədə avtomatlaşdırma prosesi səhv qərar idi və o, istehsalatın
optimallaşdırılması üzrə planlarını açıqladı.
İkinci əsas problem maliyyə vəsaitlərinin çatışmazlığıdır
Tesla şirkəti vəsait itkisi problemindən hələ də can qurtara bilməyib. 2017-ci
ildə şirkət 2.2 milyard dollar vəsait itirdi. Şirkətin maliyyə direktorunun
sözlərinə görə bu vəsaitin 50%-i Model 3 avtomobilinin istehsalının öhdəsinə
düşür. Moody’s reytinq agentliyinin analitikləri güman edirlər ki, Tesla şirkətinin
vəsaitləri bu ilin sonuna kimi bitəcək. Onlar hesablayıblar ki, şirkət öz əməliyyat
biznesinə təkcə yarım il ərzində 500 milyon dollar vəsait xərcləyir.
Bloomberg-in hesablamalarına görə şirkət 1 dəqiqə ərzində 6500$ itirir. Elon
Musk-ın sözlərinə əsasən əməliyyat biznesi üzrə gəlirli olmaq üçün şirkət həftədə
5000 ədəd Model 3 avtomobilinin istehsalı səviyyəsinə çatmalıdır.
Tesla şirkəti
bu cür göstəriciyə bu ilin yay fəslində çatmağı planlaşdırırdı. Həmçinin şirkət
bu ilin ilk rübünün sonuna kimi həftədə 2500 avtomobil istehsal etməyi özünə məqsəd
qoymuşdu. Aprel ayının əvvəlinə isə şirkət həftədə 2020 ədəd avtomobil
istehsalı səviyyəsinə çatdı. 13 Aprel tarixində Musk bildirdi ki, şirkət bu
ilin üçüncü və ya dördüncü rübündə artıq gəlirli olacaq. Tesla şirkətinin ümumi
borcu 10 milyard dollar təşkil edir. Bu borc göstəricisinə həmçinin şirkətin
batareya istehsalçısı SolarCity-ni almaq üçün götürdüyü borc vəsait də daxildir.
Həmin borc vəsaitindən il ərzində şirkət 1.2 milyard dolları ödəməlidir.
Bundan
əlavə olaraq yaxın zamanda şirkət elektromobil istehsalçıları üçün olan dövlət
güzəştlərindən məhrum ola bilər. Hal-hazırda ABŞ hökuməti elektromobil
alıcılarına hər avtomobilə görə 7500$ vəsait qaytarır. Lakin bu qanun
elektromobil ietshalçısı tərəfindən istehsal olunmuş ilk 200.000 ədəd
elektromobilə şamil olunur. Şirkət 200.000 ədəd elektromobili istehsal edib
alıcılara çatdırdıqdan sonra dövlət tərəfindən olan güzəşt hal-hazırki rübün
sonuna kimi etibarlı olacaq. Ondan sonra dövlət tərəfindən veriləcək hər bir
avtomobilə görə pul vəsaiti aşağı düşəcək:
Növbəti iki rüb üçün 3750$. Daha
sonrakı 2 rüb üçün isə 1875$. Sonda bu proqram tamamilə bitəcək. Şirkət isə
200.000 ədəd avtomobili bu ilin sonunadək istehsal etməyi planlaşdırır.
Engadget saytının məlumatına əsasən dövlət güzəştlərinin bitməsi Model S ilə
Model X-in satışlarına təsir etməyəcək. Belə ki, sözügedən modelləri əsasən
varlı şəxslər alırlar. Onları isə 7000$-lıq endirim göstəricisi o qədər də
narahat etmir. Lakin irimiqyaslı Model 3 avtomobilinin alıcıları üçün bu cür
endirim göstəricisi çox vacib faktor hesab olunur. Buna görə də şirkət tez bir
zamanda istehsalat prosesini qaydaya salmalıdır. Beləliklə o, daha çox Model 3
modelini endirimlə sata biləcək.
Şirkət yeni maliyyə vəsaitləri cəlb edə biləcəkmi?
Əgər şirkət gəlirli ola bilməsə o öz borclarını qaytarmaq
üçün əlavə vəsaitlər əldə etməli olacaq. Moody’s agentliyinin analitikinin
fikrincə şirkət yeni vəsaitin axtarışı ilə bağlı problemlərlə qarşılaşa bilər. Belə
ki, yerinə yetirilməmiş məqsədlər ucbatından investorların inamı təhlükə
altında qalıb, kredit verənlər isə əvvəlki kimi güzəştli şərtlər təqdm etməyə
bilərlər. Moody’s agentliyi Tesla şirkətinin öz məqsədlərini yerinə yetirmədiyi
üçün Mart ayının sonunda şirkətin kredit reytinqini aşağı salmışdı.
Lakin
agentliyin fikrincə şirkətin iflası heç də gözlənilən deyil. Belə ki, əgər şirkətin
iflası qaçılmaz olsaydı onda agentlik şirkət üçün daha aşağı kredit reytinqi təyin
edərdi. Musk-ın özü isə bildirib ki, şirkətin əlavə maliyyə vəsaiti cəlb etməyə
ehtiyacı olmayacaq. Belə ki, şirkət öz vəsaitinin bitməsindən daha öncə gəlir əldə
etməyə başlayacaq. Tesla avtomobillərinin sahibi iki vençur investoru Yuriy
Melniçek və Aleksandr Çaçava fikirləşirlər ki, Model 3-ün istehsalat planının həyata
keçməməsi Tesla şirkətinin əlavə maliyyə vəsaitləri cəlb etməsinə təsir etməyəcək.
Yuriy Melniçek (İT sahibkar və Bulba Ventures fondunun təsisçisi)
Tesla şirkəti atmosferə karbon qazının buraxılmasının
qarşsını almaq üzrə insanlığın əsas tapşırıqlarından birini yerinə yetirməyə
çalışır. Əgər bu zərərli proses dayandırılmasa Yer kürəsi də Venera kimi
yaşamın mümkün olmadığı bir yerə çevriləcək. Gələcəyin elektromobillər üzrə
olacağını anlayanların daha çox olduğu bir vaxtda onlar bizim atmosferə əsas
karbon qazını buraxan avtomobil sənayesini daxili yanacaq mühərriki
monopoliyasından digər yerə keçirdiblər və ənənəvi avtomobil istehsalçıları
artıq öz elektromobillərini anons edirlər. Təbii ki, şüurlu cəmiyyətdə bu cür
işi təkcə Tesla görməməlidir.
Neft şirkətləri satdıqları yanacağın yandırılması
hesabına atmosferə göndərilən karbon qazını atmosferdən təmizləməlidirlər. Həmin
vaxtda benzin və dizel yanacaqlarının qiymətləri qalxacaq və daxili yanma mühərriklərindən
istifadə etmək sərfəli olmayacaq. Tesla şirkəti artıq avtomobil sənayesini dəyişmək
üzrədir. Bu sadəcə vaxt məsələsidir. Növbədə isə enerji sənayesidir. Tesla şirkəti
gecələr enerji ehtiyatı saxlamaq günəş panelləri və batareyalar istehsal
edir. Bu məsələdə Model 3-ün istehsalat prosesindəki çətinliklər şirkətin işlərinə
necə təsir edə bilər? Bəlkə də necəsə təsir edəcək. Ola bilər ki, şirkətin səhmləri
aşağı düşsün. Lakin əminəm ki, şirkətin qlobal məqsədləri və strategiyası dəyişməyəcək.
Aleksandr Çaçava (LETA Capital fondunun idarəedici əməkdaşı)
Elon Musk idoldur və ona ikinci və hətta üçüncü şansı da verəcəklər.
Amerika şirkətləri üçün vəsait itkiləri problem deyil. Bazarda çoxlu sayda
investor var. Model 3-ün istehsalatdakı problemləri məyusedicidir. Lakin Musk həmişə
deadline-ları yerinə yetirmir. Son bir neçə ay ərzində Tesla-nın səhmləri 30%
aşağı düşdü, Sentyabrda isə şirkətin vəsaitləri bitəcək. Əgər həmin müddətə
kimi Musk Frimontdakı istehsalat problemlərindən hansınısa həll etsə və
Gigafactory fabrikinin işində inkişaf əldə etsə şirkətin səhmləri yenidən yüksələcək.
Əgər bunlar olmasa onda o əlavə bir neçə milyard dollar tapmalı olacaq və o
onları tapacaq (investorlardan və ya dövlətdən). Səhmlər aşağı düşməyə davam edəcək,
lakin problemlər gec-tez həll olunacaq. Musk indiyənə kimi buna bənzər və
bundan da qəliz vəziyyətlərdən çıxıb. O əsl sahibkar və döyüşçüdür.
Mənbə: Vc.ru
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
