Logo
    main-post-cover

    Elon Musk-ın Starlink peykləri, ozon təbəqəsini məhv edə bilər!

    Elm & Texnologiya
    21.06.2024
    Aslan

         SpaceX şirkətinin qlobal miqyasda internet xidməti göstərməsi üçün Elon Musk-ın orbitə yerləşdirdiyi minlərlə Starlink peykinin Yer kürəsinin ozon təbəqəsini öldürə biləcəyi məlum olub.

         Starlink peykləri hazırda Yer orbitindəki 10 min peykin 60%-i təşkil edir. Bu peyklərin istismar müddəti bitdikdən sonra onların atmosferə daxil olaraq havada yanması gözlənilir. Lakin tədqiqatçıların fikrincə, peyklər, atmosferdə yanmaqdan daha çox probləmlərə səbəb olacaq. Məlumata görə, yenidən daxil olma zamanı peyklər, yanacaq və əsas yan məhsul kimi alüminium oksidi hasil edəcək. Bunlar stratosferdə ozonu məhv edən xlorun aktivləşdirilməsi üçün məlum katalizatorlar arasındadır. Ozon təbəqəsi, Yerin temperaturunu nəzarətdə saxlamağa kömək edir və bu təbəqə, zəiflədiyi zaman daha çox Günəş radiasiyası yer üzünə keçə bilər.
         Əlbəttə ki, tədqiqatçılar birbaşa Starlink peyklərini hədəf almırlar, lakin qeyd olunan peyklərin ən böyüyü Starlink-dir. Tədqiqatçıların fikrincə, 2016-2022-ci illər arasında atmosferdəki oksidlərin sayı 8 dəfə artıb və bu rəqəm, alçaq Yer orbitindəki peyklərin sayı ilə düz mütənasib görünür. Tədqiqatçıların araşdırmasına görə, tipik 250 kq-lıq peykin parçalanması təxminən 30 kq alüminium oksid nanohissəcikləri yarada bilər ki, bu da onilliklər ərzində atmosferdə qala bilər. 2022-ci ildə atmosferə yenidən daxil olan bütün peyklər tərəfindən istehsal olunan alüminium oksid birləşmələrinin təxminən 17 metrik ton olduğu təxmin edilir. Həmçinin bunun atmosferdəki alüminium miqdarının təbii səviyyədən 29.5% artmasına səbəb olduğu da vurğulanır. Bildirilir ki, peyklərin sayının köklü artması ilə yaxın illərdə bu rəqəm 360 metrik tona çata bilər.
    Paylaş
    Bənzər xəbərlər
    elon-musk-tesla-roadster-in-uca-bileceyini-iddia-edib
    Nəqliyyat

    Elon Musk, Tesla Roadster-in uça biləcəyini iddia edib!

    Elon Musk, uzun müddətdir ertələnən Tesla Roadster üçün iddialı açıqlamalar verib. O, elektrik idman avtomobilinin böyük bir yeniləmə ilə uça biləcəyini söylərək bir çoxlarının marağına səbəb olub.
    elon-musk-in-bir-spacex-iscisi-ile-cinsi-elaqede-oldugu-ortaya-cixib
    Digər

    Elon Musk-ın bir SpaceX işçisi ilə cinsi əlaqədə olduğu ortaya çıxıb!

    The Wall Street Journal-ı tərəfindən paylaşılan xəbərlər, Elon Musk-ın şirkətlərində baş verən hadisələri ortaya çıxarıb. İddialara görə, Musk, SpaceX-də bir təcrübəçi ilə cinsi əlaqədə olub və başqa bir işçidən isə uşaq sahibi olmaq istəyib.
    elon-musk-apple-in-suni-intellektine-qarsi-sert-reaksiya-bildirib
    Sosial Media

    Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!

    Böyük dil modeli olan ChatGPT-nin istifadəçi məlumatlarını icazəsiz ələ keçirdiyini iddia edən Elon Musk, Apple-ın istifadəçilərini böyük təhlükə qarşısında qoyduğunu bildirib.
    spacex-her-gun-bir-eded-starship-istehsal-ede-bilecek-zavodu-insa-edib
    Elm & Texnologiya

    SpaceX hər gün bir ədəd Starship istehsal edə biləcək zavodu inşa edib

    SpaceX şirkətinin Starbase adlı aerokosmik bazası Texas ştatının Boka-Çika şəhərinin yaxınlığında yerləşir. Yaxın zamanda bu bazanın ərazisində 100 milyon dollar dəyərində Starfactory adlı yeni istehsalat müəssisəsi işə düşəcək.
    elon-musk-mueyyen-sebebe-gore-tesla-dan-ayrila-biler
    Tech-Biznes

    Elon Musk müəyyən səbəbə görə Tesla-dan ayrıla bilər

    Tesla şirkətinin direktorlar şurasının sədri Robyn Denholm şirkət səhmdarlarına açıq məktubla müraciət edərək onları Elon Musk üçün nəzərdə tutulmuş 56 milyard dollarlıq təzminat paketini təsdiqləməyə çağırıb.