Elon Musk, insan beyni üçün neyrointerfeys hazırlanmasında inqilab edəcəyini bildirib

Elon Musk, insan beyni üçün neyrointerfeys hazırlanmasında inqilab edəcəyini bildirib

Texnologiya
10.02.2020 PAYLAŞIM

    Elon Musk, süni zəka texnologiyalarının sürətli inkişafından narahat olan şəxslərdən biridir. İnsan sivilizasiyasının bu cür texnologiyalardan qorunması üçün o, Neuralink şirkətini yaratdı. Bir çox mütəxəssis ilə alimin bu layihəyə skeptik yanaşmasına baxmayaraq Musk neyrointerfeys hazırlanması sahəsində inqilab yaradacağını bildirib. Bu barədə Inverse.com saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Neuralink layihəsinin əsas məqsədlərindən biri insan ilə kompüter arasında neyron şəbəkənin yaradılmasıdır.

    Bu isə öz növbəsində görmə, danışma və eşitmə bacarıqlarını itirmiş şəxslərə gündəlik həyatda normal yaşamaq imkanını verəcək. Keçən ilin yay fəslində Musk Neuralink şirkəti tərəfindən yaradılmış N1 adlı çipdən danışmışdı. 4x4 ölçüsündə olan bu çip 1024 elektroddan ibarətdir. İnsanın qulaq ətrafında yerləşən induktiv cihaza Bluetooth vasitəsilə qoşulan 4 mikrosxem sayəsində istifadəçi öz fikrinin köməyi ilə kompüteri və ya smartfonu idarə edə bilər. Musk-ın sözlərinə əsasən bu il şirkət çipin daha təkmilləşdirilmiş versiyasını təqdim edəcək.


    “Nəticədə həmin çip insult, uşaqlıqdan bəri olan hansısa xəstəlik və ya sonradan baş vermiş hansısa hadisə səbəbilə beynin itirilmiş bölgələrini bərpa edə biləcək. Potensial cəhətdən bu, beyin və motor funksiyalarının bərpasına yol aça bilər. Bunun digər yolla edilməsi məvcud deyil” - deyə Musk öz Twitter hesabında qeyd edib. Neuralink şirkətinin istiqamətlərindən biri həmçinin epilepsiya və Parkinson xəstəliyindən əziyyət çəkən insanların səhhətlərinin yaxşılaşdırılması ola bilər. Neuralink-in növbəti böyük təqdimatı bu ilin yay fəslinə planlaşdırılır. Musk-ın fikrincə bu yüksək texnoloji implantlardan artıq yaxın 5-7 ildə istifadə etmək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×