Elon Musk, insanı kosmosa, 2018-ci ildə göndərəcək. Rusiyanın bu sahədəki monopoliyasının sonu çatır

Elon Musk, insanı kosmosa, 2018-ci ildə göndərəcək. Rusiyanın bu sahədəki monopoliyasının sonu çatır

Texnologiya
03.08.2017 PAYLAŞIM

Dünyada ilk dəfə insanın, özəl şirkətin kosmik gəmisi vasitəsilə kosmosa uçuşu, gələn ilin İyun  ayında baş tutacaq.

NASA, 2018-ci il üçün olan kosmik uçuş cədvəlini təqdim edib. Həmin cədvəldən məlum olub ki, “SpaceX” və “Boeing” şirkətləri, gələn il BKS-ə (Beynəlxalq Kosmik Stansiya) insan göndərilməsində iştirak edəcəklər. Beləliklə BKS-ə astronavt göndərilməsində monopoliyaya sahib Rusiya Federasiyası, həmin monopoliyanı itirəcək. Qeyd etmək lazımdır ki, NASA hələ də uzaqdan idarəolunan uçuşları dəstəkləyir. Bunun üçün o, kommersiya məqsədli, idarəolunan uçuşlar proqramını yaradıb. Yəni, astronavtları kosmosa göndərmək öhdəliyini, özəl şirkətlər öz üzərlərinə götürəcəklər. NASA-nın təqdim etdiyi cədvəldən məlum olub ki, 2018-ci ildə idarəolunan uçuşlar sahəsində 2 şirkət rəqabət aparacaq. Söhbət, “SpaceX” və “Boeing” şirkətlərindən gedir.

Elon Musk-ın şirkəti tərəfindən idarəolunan kosmik gəmi, BKS-ə ilk uçuşunu, gələn ilin İyun ayında reallaşdıracaq. “SpaceX”, astronavtları kosmosa, Dragon 2 kosmik gəmisi vasitəsilə göndərəcək. “Boeing” şirkəti isə gələn ilin Avqust ayında özünün CST-100 Starliner adlı kosmik gəmisi vasitəsilə astronavtları, BKS-ə göndərəcək. Hər 2 şirkət, kosmik gəmilərinin hazır olduğunu və insanları kosmosa göndərməmişdən öncə həmin kosmik gəmilərin test edilmələri məsələsinin qaldığını rəsmi şəkildə bildirib. Daxilində insanların olmadıqları vəziyyətdə kosmik gəmilərin test uçuşları reallaşdırması, NASA tərəfindən verilən lisenziya şərtlərində vacib və məcburi özəlliklərdən biridir. “SpaceX”in ilk test uçuşu, 2018-ci ilin Fevral ayında, “Boeing” şirkətinin ilk test uçuşu isə İyun ayında reallaşdırılacaq. NASA, hər 2 şirkətin, uğurlu uçuş reallaşdıracaqlarına əmindir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×