main-post-cover

    Elon Musk, Mark Zuckerberg-in tənqidinə cavab verdi

    Elm & Texnologiya
    25.07.2017
    Emil Nəcəfov

    Elon Musk özünün süni zəkanın təhlükəli aqibəti haqqında bəyanata, Mark Zukerberg tərəfindən söylənilmiş tənqidə cavab verdi.

    Nəzərinizə çatdıraq ki, 15 İyul tarixində ABŞ senatorlarının görüşü çərçivəsində Elon Musk, süni zəka inkişafını, insan sivilizasiyasının ən böyük riski adlandırmışdı. Musk-ın fikrincə bu sahədə tənzimlənmə olmalıdır. Əks halda insanlıq üçün gec ola bilər. “İnsanlar, küçədə robotlar tərəfindən digər insanların qətlə yetirildiyini görmədikləri müddətcə onlar buna necə reaksiya verəcəklərini bilmirlər. Belə ki, bu hal real görünmür” – deyə Musk bildirmişdi. 24 İyul tarixində öz Facebook səhifəsində canlı yayım etmiş Mark Zuckerberg, Musk-ın bəyanatına cavab olaraq onun sözlərini məsuliyyətsizlik kimi qələmə vermişdi. “Mənim bu barədə çox dəqiq mövqeyim var. Mən nikbinəm. Mənim fikrimcə sən nəsə yaradıb dünyanı dəyişə bilərsən. Süni zəka mövzusunda mən daha nikbinəm. Mən, bu mövzu baxımdan skeptik olanları və dünyanın sonunu bu cür ssenari üzrə məşhurlaşdıran insanları başa düşmürəm. Bu neqativdir və müəyyən mənada fikrimcə məsuliyyətsizlikdir” – deyə Mark öz canlı yayımında qeyd etmişdi. Bundan əlavə olaraq o qeyd etdi ki, yaxın 10 il ərzində süni zəka, bir çox sahələrdə insanların gündəlik həyatlarını sadələşdirəcək. 25 İyul tarixində isə Musk buna cavab olaraq Zuckerberg ilə daha əvvəllər ünsiyyətdə olduğunu və süni zəka mövzusunda Mark-ın məhdud şəkildə anlayışa sahib olduğunu bildirmişdi.
    Linki kopyala