Elon Musk Mars planetinə uçuş biletinin qiymətini elan etdi

Elon Musk Mars planetinə uçuş biletinin qiymətini elan etdi

Texnologiya
12.02.2019 PAYLAŞIM

    SpaceX şirkətinin CEO-su Elon Musk əmindir ki, Mars planetinə uçuş biletini hər bir insan ala biləcək. Bunun üçün sadəcə olaraq Yer kürəsində yaşayan hansısa bir şəxs öz evini satmalı və Mars planetinə uçuş biletini almalıdır. Həmçinin Mars planetinə uçacaq ilk kolonistləri bonus təklif də gözləyir. Belə ki, Yer kürəsinə geri dönüş biletini almağa ehtiyac qalmayacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə Elon Musk 2020-ci illərə təsadüf edəcək Mars uçuşu biletinin qiymətini açıqlayıb.

    “Mən əminəm ki, gələcəkdə bu cür uçuşun qiyməti 500.000$-dan və hətta 100.000$-dan aşağı olacaq” – deyə Musk öz Twitter hesabında bildirib. Onun qiymətləndirməsinə əsasən inkişaf etmiş istənilən ölkənin vətəndaşı öz evini sataraq əldə olunmuş vəsait hesabına Marsa uçuş biletini əldə edə biləcək. Yer kürəsinə geri qayıdış biletini isə almağa ehtiyac qalmayacaq. Belə ki, şirkət bunu pulsuz reallaşdıracaq. Musk onu da qeyd edib ki, biletlərin qiymətləri həmçinin kosmik gəmidə olacaq astronavtların sayından da asılı olacaq.

Bənzər xəbər


    SpaceX şirkəti insanları Mars planetinə Starship raket sistemi vasitəsilə çatdırmağı planlaşdırır. Şirkət artıq bu raket sisteminin kiçik versiyasını yığıb və onun testinə start verib. Gözləntilərə əsasən əvvəlki adı Big Falcon Rocket kimi tanınmış Starship kosmik sistemi özündə 100 nəfər sərnişini yerləşdirə biləcək. Musk-ın planına əsasən Mars planetinə uçuşda əsasən orda yaşayış üçün koloniya yaratmaq istəyən insanlar maraqlı olacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×