main-post-cover

    Elon Musk, Marsda peyk interneti yaratmağı planlaşdırır

    Elm & Texnologiya
    25.10.2020
    Farid Pardashunas
        Elon Musk, Mars planetinin fəth olunması üçün böyük planlar hazırlamaqla məşuldur. Məsələn hal hazırda SpaceX şirkəti planetlərarası uçuş üçün nəzərdə tutulmuş Starship kosmik gəmisinin yaradılması üzərində çalışır. Lakin məlum olub ki, Musk insanları Marsa çatdırmaqla yanaşı həmçinin onları yüksək sürətli peyk interneti ilə də təmin etməyi planlaşdırır. Söhbət, Yer kürəsində yaradılan Starlink peyk internetinin Mars üçün nəzərdə tutulmuş analoqundan gedir. Bu barədə 4pda saytı xəbər verib. Bir neçə müddət bundan öncə Musk bildirmişdi ki, o artıq 2024-cü ildə Starship kosmik gəminsinin Marsa göndərilməsini planlaşdırır. Bu uçuşun pilotlaşdırılan uçuş olub-olmayacağı bilinmir.
        Lakin görünür, SpaceX şirkəti daha qəliz bir layihə üzərində çalışır. Belə ki, SpaceX şirkətinin prezidenti Gwynne Shotwell-in sözlərinə əsasən Marsa yollanacaq insanlara yüksək sürətli internet lazım olacaq. Şirkət prezidenti qeyd edib ki, bu məsələdə onlar özlərinin Starlink texnologiyasına müraciət edəcəklər. Shotwell-in fikrincə Mars ərafında internet şəbəkəsinin yaradılması kifayət deyil. Belə ki, Marsda yaradılacaq internet şəbəkəsini Yer kürəsindəki internet şəbəkəsi ilə birləşdirmək lazımdır. Bununla yanaşı Shotwell bildirib ki, Musk hələ 2002-ci ildən Mars ilə Yer arasında nəqliyyat şəbəkəsinin yaradılmasını arzu edir. Görünür, Musk öz arzusuna addım-addım irəliləməkdə davam edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər