Elon Musk: 'Marsda yaşayış bazasının yaradılması üçün 1000 ədəd Starship raketi və 20 il vaxt lazımdır'

Elon Musk: 'Marsda yaşayış bazasının yaradılması üçün 1000 ədəd Starship raketi və 20 il vaxt lazımdır'

Texnologiya
08.11.2019 PAYLAŞIM

 

    SpaceX şirkətinin CEO-su Elon Musk öz Twitter hesabında bildirib ki, Mars planetində yaşayış bazasının yaradılması üçün 1000-ə yaxın Starship kosmik gəmisi lazımdır. Yaşayış bazasının infrastrukturunun inkişafına isə 20 il vaxt lazım olacaq. Bu barədə Vc.ru saytı xəbər verib. Musk qeyd edib ki, Marsda yaşayış bazasnın yaradılması üçün qırmızı planetə milyonlarla ton təchizat və resurs göndərmək lazımdır. Lakin nəzərə alsaq ki, Yer kürəsi ilə Mars yalnız 2 ildən bir bir dəfə bir-birinə yaxın məsafədə olurlar, mütəmadi uçuş missiyalarını reallaşdırmaq mümkün olmayacaq.

    Starship raketi üzərində işlər hələ sonlandırılmayıb. Musk sözügedən raketi hələ sentyabr ayında təqdim etmişdi. Onun hesablamalarına əsasən daxilində astronavtların yerləşəcəyi Starship raketinin Yer kürəsinin orbitinə ilk uçuşu 2020-ci ilin ortasında reallaşdırıla bilər. Musk ümid edir ki, Marsda yaşayış bazasının inşa edilməsinə yaxın Mars palentinə Starship raketinin hər bir uçuş missiyası 2 milyon dollardan baha olmayacaq. Qeyd etmək lazımdır ki, Starship maksimal sayda təkrar istifadə üçün nəzərdə tutulub və sutkada 3 dəfə kosmosa uça bilər. Həmin uçuşlar arasında isə raketin yanacaq ehtiyatının doldurulması və xidmətinə qısa fasilələr veriləcək.

    Musk ümid edir ki, bu üsulla bir ədəd Starship raketi il ərzində 1000-ə yaxın uçuş reallaşdıra bilər. “Əgər biz, bizdə olan Falcon 9 sayı (100 ədəd) qədər Starship raketinə sahib olsaq və hər bir raket Yer kürəsinin orbitinə 100 ton yük daşıya bilsə, deməli hər il orbitə çatdırılacaq yük qabiliyyəti 10 milyon ton təşkil edəcək” - deyə Musk qeyd edib. Onun hesablamalarına əsasən hal hazırda mövcud olan kosmik aparatlar Yer kürəsinin orbitinə hər il 500 ton yük daşıma potensialına sahibdirlər. Onu da qeyd etmək lazımdır ki, Marsda insan koloniyasının yaradılması üçün ilk növbədə ən azından Marsa bir dəfə idarə olunan uçuşu reallaşdırmaq lazımdır. SpaceX şirkəti isə ilk yük aparatının 2022-ci ildə Marsa göndərməyi planlaşdırır. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 smartfonu MediaTek əvəzinə 5G dəstəkli Snapdragon prosessorunu əldə ed..

Hələ bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, Redmi K30 smartfonu 5G çipin..


NUVİA: Amd və İntel'in yeni rəqibi gəlir

Apple A13 Bionic çipsetinin istehsalındaki şəxslər tərəfindən qurulan NUVİA şirkəti yeni çipsetləri ..


Google'a qarşı iddia: Axtarış nəticələrini manipulyasiya edir

Nəhəng axtarış sistemi olan Google-a qarşı iddia olunur ki, axtarış nəticələrini manipulyasiya edir...


The Boring Company şirkəti Las Veqasda yeraltı tunelin inşasına start verib

The Boring Company şirkəti Las Veqasdakı 80 hektar ərazini əhatə edən sərgi mərkəzində yeraltı tunel..


Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir ? (Nəticələr)

Təhlükəsizlik bazarında müxtəlif Antivirus şirkətləri yarışır. Windows istifadəçilərin ən çox hansı ..


İnstagram'da gizli profilləri göstərən Ghosty tətbiqi Play Store'dan silindi..

Yaxın günlərdə adından çoxca söz etdirən və gizli İnstagram profillərini görməyə imkan verən Ghosty ..