main-post-cover

    Elon Musk Marsı necə fəth edəcək? 'SpaceX'in planı baş tutacaqmı?

    Elm & Texnologiya
    13.10.2017
    Farid Pardashunas
    Keçən ay Elon Musk növbəti 10 il ərzində Mars planetinə insanları göndərmək planı haqqında danışmışdı. Diqqətli analizdən sonra məlum olub ki, “SpaceX”in iddialı strategiyasında ilk baxışdan göründüyü kimi heç də hər şey yolunda getmir. International Astronautical Congress 2017 tədbirində Musk bildirmişdi ki, növbəti 10 il ərzində tam ciddi şəkildə insanları Marsa göndərməyi düşünür.
    “SpaceX”in yeni BFR (Big Falcon Rocket) layihəsi nəinki insanları şəhərlərarası səyahətə göndərəcək, hətta onları Mars planetinə də göndərəcək. Musk-ın sözlərinə görə BFR raketinin yenilənmiş konstruksiyası sayəsində o, Mars planetində kolonistlər üçün lazımi bazanın yaradılması baxımından istənilən texniki cihazları və 100-ə yaxın insanı özündə daşıya bilər. O həmçinin bildirib ki, onun əsas məqsədi, 2020-ci ildə planetə ilk kosmik raketin, 2022-ci ildə isə insanların göndərilməsidir.

    “SpaceX”in uğurunu müəyyən edəcək əsas suallardan biri də odur ki, şirkət hansı üsulla bu çətin kosmik səyahətdə astronavtların təhlükəsizliyini və onların həyat funksiyalarını dəstəkləyəcək? Görünür, kolonistlər üçün bazanın hazırlanmasını, insanlardan əvvəl planetə uçacaq tədqiqat tipli kosmik gəmilər öz öhdəliklərinə götürəcəklər.
    Güman olunur ki, həmin kosmik cihazlar, planetdə su mənbələrini (çox gümanki buz formasında) taparaq, su emalı və karbon qazının oksigenə çevrilməsi (nəfəs almaq və yanacaq üçün) sisteminin qurulması ilə məşğul olacaqlar. Bununla yanaşı kosmik gəmilər vasitəsilə kolonistləri daimi olaraq qida və digər lazımi məhsullarla təmin etmək lazım olacaq. O vaxta kimi ki, kolonistlər özləri həmin şəraitdə qida məhsullarının becərilməsi üçün münbit mühit və ya ən azından müxtəlif növ həşəratlar kimi qidalandırıcı orqanizmlər yarada biləcəklər.

    Uzunmüddətli perspektivdə Musk-ın komandası, bioregenerativ strategiyadan istifadəni düşünür. Bu halda insan həyatı boyunca, nəfəs alma zamanı ayrılan karbon qazı, maye və bərk qalıqlar, emal üçün əlavə və faydalı orqanika mənbəyidir. Baxmayaraq ki, bir çoxları buna skeptik yanaşır, mütəxəssislər qeyd edirlər ki, bu üsul əslində tam da reallaşdırıla biləndir.
    Bir vaxtlar NASA-nın Kosmik həyat və fiziki elmlər şöbəsinin direktoru olmuş D. Marshall Poterfield bildirib ki, bioloji sistemlər daha dayanıqlı və özlərini bərpa etməyə qadirdilər. Buna görə də təbiət tərəfindən yaradılmış bu özəlliyin insan tərəfindən istifadə edilməsinə heç bir məhdudiyyət yoxdur.

    Lakin bu heç də asan iş deyil. Poterfield, NASA-da çalışan zaman, “SpaceX”, Marsa uçuş barəsində kosmik agentliklə əməkdaşlıq danışıqları aparırdı. Həmin vaxtda Poterfield, şirkətin daxili iş prosesi haqqında məlumat almış və aşkar etmişdi ki, onun, sağ qalma üzrə texnologiyaların yaradılmasına və bioregenerativ dövrün dəstəklənməsinə yönəlik elmi şöbəsi ümumiyyətlə yoxdur. Təbii ki, həmin vaxtdan uzun müddət keçib və hər şey dəyişmiş vəziyyətdə ola bilər.
    Lakin digər mənbələr də “SpaceX”in bu sahədəki səriştəliyinə şübhə ilə yanaşır. Kosmik siyasət üzrə mütəxəssis John Logsdon-un fikrincə şirkətin mühəndislik şöbəsinin bütün səlahiyyətlərinə baxmayaraq, “SpaceX” öz kollektivini genişləndirməli və digər sahələrdə olan müxtəlif mütəxəssisləri işə götürməlidir. Heç şübhəsiz, nəqliyyat və təchizat işi, “SpaceX”in güclü tərəfi olaraq qalır. Məhz bu özəlliklərə Musk, öz diqqətini ayırır. Əgər BFR, bu sahələr üzrə diqqətini cəmləsə, onda ən məntiqlisi o olar ki, astronavların digər məsələləri barəsində digər şirkətlərə öhdəlik verilsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər