Elon Musk: 'Mən hələ ki, Mars kolonizasiyasının başlanacağı günə kimi sağ qala bilmirəm'

Elon Musk: 'Mən hələ ki, Mars kolonizasiyasının başlanacağı günə kimi sağ qala bilmirəm'

Texnologiya
10.03.2020 PAYLAŞIM

    Elon Musk ilk dəfə olaraq Mars planetinin kolonizasiyasının başlanacağı günə kimi sağ qalma şansını qiymətləndirib. “Hələ ki, mən dəqiq şəkildə sağ qalmıram” - deyə Musk, Satellite 2020 konfransı zamanı jurnalistlərin suallarını cavablandıran zaman qeyd edib. Onun sözlərinə əsasən bu vəziyyəti texnoloji tərəqqinin sürətinin yüksəlməsi dəyişə bilər. Bundan əlavə olaraq Musk, Mars planetində olacaq koloniyanı Yer kürəsi ilə əlaqə yaratmadan mövcud ola biləcək avtonom sistem kimi görür. Bu barədə Ars Technica saytı xəbər verib. Öz müsahibəsi zamanı Musk qeyd edib ki, hətta kosmik gəmilərin hansısa səbəbə görə Yer kürəsindən gəlməyəcəkləri halında da Marsdakı şəhər öz fəaliyyətini davam etdirməlidir.

    “Bunun hansı səbəbə görə baş verəcəyi vacib deyil. Vacib olan kosmik gəmilərin gəlməmələri halında şəhərin sağ qalıb-qalmamasındadır” - deyə Musk əlavə edib. Marsdakı şəhəri avtonom sistemə çevirmək üçün isə heç bir kiçik detalı nəzərdən qaçırtmaq olmaz. Musk bu layihəni uzunmüddətli dəniz səyahəti ilə müqayisə edir. “Bizim, C vitaminindən başqa hər bir şeyimiz var. Çox gözəl. Beləliklə biz, sinqa xəstəliyinə tutulub öləcəyik. Siz, C vitamini çatışmazlığından ləng şəkildə öləcəksiniz. Buna görə də biz, Marsda C vitaminin bizə yetəri qədər çatıb-çatmayacağını yoxlamalıyıq” - deyə Musk bildirib. Musk-ın təqribi hesablamalarına əsasən Marsda avtonom şəkildə mövcud ola biləcək kolonizasiyanın yaradılması üçün milyon ton yük lazımdır.

Bənzər xəbər


    Yaxın günlərdə keçirilmiş Satellite 2020 konfransı zamanı Musk, Mars proqramı barəsində az optimizmə sahib fikirlər səsləndirib. “Əgər biz, texnoloji tərəqqinin sürətini yüksəltməsək, mən dəqiq şəkildə Mars kolonizasiyasının başlanacağı günə sağ qalmayacam” - deyə o bildirib. Bu cür layihənin reallaşması yolunda duran ən böyük texnoloji əngəllərdən biri çox güclü və çox istifadəli raketin yaradılmasıdır. Məhz bu cür raket Mars planetinə yollanacaq kolonistləri hər bir şey ilə təmin etməlidir. “Əslində vacib olan tək bir şey var və bu, yenidən və sürətlə işə salınmağa yarayan raketdir” - deyə Musk əlavə edib.

    Yanvar ayında Musk bidirmişdi ki, onun Starship adlı çox istifadəli nəqliyyat sisteminin əsas məqsədi hər gün hər bir raketi 3 dəfə işə salmaqdır. Hər bir Starship-in yük qaldırma potensialı 100 tondur. Beləliklə sutka ərzində 1 raket 300 ton yük daşıya biləcək. Bununla belə söhbət, Starship-in transkontinental ballistik uçuşlarından da gedir. Bura həmçinin sərnişin daşınmaları da daxildir. Bir neçə müddət bundan öncə Musk bildirmişdi ki, SpaceX-in 1000 ədəd Starship yük gəmisinə sahib olacağı halında Marsda şəhərin inşası üçün minimum 20 il vaxt lazım olacaq.

    Həmin gəmilərin hamısı birlikdə Marsa 100.000 ton yük daşıya bilər. Minimal olan milyon ton yükün Marsa çatdırılması üçün bütün gəmilər qrupunun 10 reys uçması lazımdır. Nəzərə alsaq ki, Marsa uçuş və qayıdış ümumilikdə oratalama 16 ay çəkəcək, təkcə milyon ton yükün Marsa tam daşınması üçün təqribi olaraq 15 il vaxt lazım olacaq. 1000 ədəd Starship gəmisinin inşasına isə 20-30 il vaxt lazımdır. Beləliklə ümumilikdə milyon ton yükün Marsa daşınması üçün nəzərdə tutulmuş bütün prosesin reallaşdırılmasına 35 ildən 50 ilə kimi vaxt lazımdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×