main-post-cover

    Elon Musk, Neuralink-in ilk işlək beyin implantının təqdimat tarixini anons edib

    Elm & Texnologiya
    26.08.2020
    Emil Nəcəfov
        Elon Musk-ın iddialı layihələrindən biri də Neuralink beyin implantlarıdır. Güman olunur ki, bu cür implantlar beyin ilə bağlı problemləri aradan qaldıracaq və hətta insanın bacarıqlarını genişləndirəcək. Sözügedən implantların hazırlanması tam məxfi şəkildə reallaşdırılır və artıq bu həftə biz onlar barəsində yeni məlumatlar əldə edəcəyik. Bu barədə Engadget saytı xəbər verib. Elon Musk öz Twitter hesabında bildirib ki, 28 avqust tarixində Neuralink öz ilk işlək beyin implantını sərgiləyəcək.
        Məlum olmayan məsələ ondadır ki, sərgilənəcək beyin implantı ayrıca yoxsa artıq hansısa şəxsin beyninə inteqrasiya eilmiş şəkildə insanlara təqdim olunacaq. Lakin Musk söz verib ki, bizi sözün əsl mənasında heyrətləndirici bir şey gözləyir. Bir neçə müddət bundan öncə o artıq söz vermişdi ki, Neuralink bu ilin sonuna kimi hazır işlək implantı insan beyninə inteqrasiya etməyi planlaşdırır. Neuralink mütəxəssisləri dəfələrlə qeyd ediblər ki, onların ilk məqsədləri beyin implantları vasitəsilə insanın görmə, eşitmə və danışa bilmə qabiliyyətlərinin bərpa olunmasıdır.
    Linki kopyala