main-post-cover

    Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdimat yaxın müddətdə

    Elm & Texnologiya
    03.08.2020
    Emil Nəcəfov
        Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində ilk test təcrüblərinə başlamağı planlaşdırır. Neuralink mühəndisləri bu çiplər vasitəsilə görmə və eşitmə qabiliyyətləri ilə hərəkət əzələlərini bərpa etməklə yanaşı həmçinin insanın sahib olduğu imkanları genişləndirə də bilərlər. Bir neçə müddət bundan öncə Elon Musk qeyd etmişdi ki, bu çiplər sayəsində musiqinin birbaşa insan beyninə ötürülməsini reallaşdırmaq mümkündür.
        İndi isə Musk şirkətin növbəti təqdimat tədbirinin tarixi və neyrointerfeysin sahib olacağı daha bir özəllik barəsində məlumat verib. Bu barədə Independent sayt xəbər verib. Beləliklə Musk-ın sözlərinə əsasən bu cür çipə sahib olacaq insanlar eşitdikləri tezlik diapazonunu genişləndirə biləcəkər. Nəzəri cəhətdən insan qulağı 20 Hz-dən 20.000 Hz-ə qədər olan tezlikdəki səsləri təyin edə bilir.
        Neuralink texnologiyalarının istifadəsi ilə isə insanın eşitmə qabiliyyətini təkmilləşdirərək beynin ultrasəsləri və daha aşağı tezliyə sahib səsləri təyin etməsi gözlənilir. Bununla yanaşı şirkət öz yeni çiplərinin zədələnmiş onurğa beyninə sahib insanlarda hərəkət funksiyasının bərpasını, orqanizmdə hormonal səviyyənin nizamlanmasını və xəstənin emosional vəziyyətinə təsirini reallaşdıra bilmələri üçün çalışır. Musk qeyd edib ki, daha çox məlumat 28 avqust tarixində baş tutacaq təqdimat tədbirində veriləcək.  
    Linki kopyala