Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti təqdimatı

Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti təqdimatı

Texnologiya
12.07.2020 PAYLAŞIM

    Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqdimat tədbiri keçirdəcək. Tədbir 28 avqust tarixində baş tutacaq. Bu barədə Musk öz Twitter hesabında elan edib və bununla yanaşı Neuralink şirkətinin sloqanını da qeyd edib: “Qarşısını ala bilmirsənsə başçılıq et”. Bu sloqanda söhbət, insanı geridə qoya biləcək süni zəkanın yaradılacağından gedir. Neuralink şirkəti 2016-cı ildə təsis edilib. Şirkətin əsas məqsədi süni zəka ilə insan arasındakı yarışın şərtlərini bərabərləşdirməkdir.

    Bir neçə il ərzində Musk özünün Tesla SpaceX şirkətləri ilə məşğul olduğu bir vaxtda Neuralink heç kimin diqqətini cəlb etmədən öz işi ilə məşğul olurdu. Lakin keçən ilin iyul ayında insanlar öyrəndilər ki, Neuralink əslində nə ilə məşğuldur. Keçən il keçirilmiş təqdimat çərçivəsində Neuralink şirkəti 4x4 mm ölçüdə olan  N1 adlı çipi təqdim etmişdi. Bu çip insan beyninə yeridilməsi üçün yaradılıb. Bu çip 1024 elektroddan ibarətdir və elektrodun hər biri 5 mikron qalınlığındadır. Çipin özü isə 8 mm diametrə sahib xüsusi gövdənin daxilində yerləşdirilib. Qulağın arxasına quraşdırılması üçün nəzərdə tutulan xüsusi modul çipə birləşərək xüsusi radiosiqnallar göndərmək imkanını verir.


    Həmin radiosiqnallar vasitəsilə isə insan öz fikri sayəsində kompüterdən və ya smartfondan istifadə edə bilər. Bununla yanaşı şirkət çipin insan beyninə quraşdırılması üçün xüsusi robotu da təqdim etmişdi. Keçən ilki təqdimatda qeyd edilmişdi ki, çipin klinik təcrübələri 2020-ci ilin sonunda iflic pasientlər üzərində başlamalıdır. Gələn ay baş tutacaq təqdimatda çox güman ki, çipin yeni versiyası təqdim olunacaq. Neuralink-in gələn ay nə təqdim edəcəyi hələ sirr olaraq qalır. Musk isə insanların maraqlarını artırmağa davam edir. “Yeni versiyanı görəcəyiniz günə kimi səbr edin. Onu keçən ilki versiya ilə müqayisə edərsiniz. Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir” - deyə Musk qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...

×