
Elon Musk Neuralink şirkətinin növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Artıq payız fəslində şirkət öz beyin implantları barəsində yeni məlumatlar verəcək. Təqdimat tədbirində nələrin sərgilənəcəyi bilinməsə də, bu barədə şayiələr artıq internetdə ortaya çıxıb. Beləliklə Musk-ın verdiyi məlumata əsasən Neuralink-in növbəti təqdimat tədbiri 31 oktyabr tarixində baş tutacaq. Musk təqdimat tədbirində nəyin sərgilənəcəyini qeyd etməyib. Lakin bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, o, Neuralink-in rəqibi olan Synchron şirkətinə investisiya yatırmağı planlaşdırır.
Apple şirkəti növbəti təqdimat tədbirini elan etdi
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Synchron şirkəti heç hir cərrahiyyə əməliyyatı keçirtmədən pasientlərdən birinə beyin implantını inteqrasiya etməyi bacarmışdı. Beləliklə bu məsələdə Synchron şirkəti Neuralink-i qabaqlayır. Neuralink isə hələ də heyvanlar üzərində təcrübələrin aparılması mərhələsindədir. Bundan əlavə olaraq Neuralink şirkəti heyvanlarına beyinlərinə implantları cərrahiyyə əməliyyatı vasitəsilə inteqrasiya edir. Heç istisna deyil ki, 31 oktyabr tarixində keçiriləcək tədbir çərçivəsində Musk bu iki şirkətin əməkdaşlığını elan və əməkdaşlıq çərçivəsində hazırlanmış hər hansısa məhsulu təqdim etsin.
Son zamanlar Neuralink şirkəti müxtəlif çətinliklər ilə qarşılaşır. Belə ki, şirkət öz implantlarının insanlar üzərində təcrübədən keçirilməsi üçün lazımi icazələri hələ almayıb. Bunun nə zaman baş verəcəyi də məlum deyil. Bundan əlavə olaraq kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən Neuralink-dən artıq bir sıra vacib mütəxəssis ayrılıb. Onların arasında həmçinin şirkətinin həmtəsisçiləri də var. Şirkətin hələ ki, ən yadda qalan təcrübəsi öz beyin implantının meymun beyninə inteqrasiya etməsidir.