Logo
    main-post-cover

    Elon Musk: "Optimus robotu Tesla-nın bazar dəyərini 25 trilyon dollara yüksəldəcək"

    Elm & Texnologiya
    30.10.2024
    Emil
         Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş 8-ci Future Investment Initiative konfransında çıxışı zamanı Elon Musk bildirib ki, 2040-cı ilə qədər dünyada qiyməti 20 000-25 000$ təşkil edəcək 10 milyard ədəd insanabənzər robot olacaq. Bununla yanaşı Musk bildirib ki, Tesla tərəfindən hazırlanan Optimus adlı insanabənzər robot nəticədə şirkətin dəyərini qat-qat yüksəldə bilər.
         “Robotlaşdırılmış taksilər Tesla şirkətini 5 trilyon dollar bazar dəyərinə sahib şirkətə çevirirlər. Mən düşünürəm ki, Optimus robotu Tesla-nı bazar dəyəri 25 trilyon dollar təşkil edəcək şirkətə çevirəcək” - deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, Tesla şirkəti Optimus robotunun yenilənmiş versiyasının bir neçə müddət bundan öncə təqdim etdi. Təqdimat çərçivəsində Musk bildirmişdi ki, Optimus istənilən tapşırığı yerinə yetirə bilər. Buna misal olaraq ev heyvanlarının gəzintiyə çıxarılmasını, bitkilərin sulanmasını, uşaqlara nəzarəti və s. gətirmək olar. Musk-ın fikrincə uzunmüddətli perspektivdə Optimus-un qiyməti 20 000-30 000$ təşkil edəcək.
    Paylaş