main-post-cover

    Elon Musk, öz yeraltı tunellər layihəsi üçün olan nəqliyyat liftinin ilk testini keçirtdi (VİDEO)

    26.07.2017
    Farid Pardashunas

    Elon Musk öz Instagram səhifəsində, yeraltı tunellər layihəsinin yeni test videosunu təqdim edib.

    Yeni videoda, avtomobili tunelə endirən liftin testi əks olunub. İyun ayının sonunda Musk bildirmişdi ki, yeraltı tunnellər layihəsi üçün nəzərdə tutulmuş və nəqliyyat vasitəsini həmin tunellərə endirəcək ilk lift artıq hazırdır. İndi isə Musk həmin liftin test mərhələsini videoya çəkərək onu təqdim edib. Onun yeraltı tunellər layihəsinin konsepsiyası ondan ibarətdir ki, yüksək sürətli tunnellər şəbəkəsi, böyük şəhərlərin altında yerləşəcək və onları, avtomobil tıxaclarından xilas edəcək. Liftlər isə avtomobilləri tunelə endirib onları şəhərin müəyyən nöqtəsinə çatdırmaq üçün nəzərdə tutulub. Avtomobil xüsusi platformanın üzərində dayanır və həmin platforma onu yeraltı tunelə endirir. Daha sonra isə həmin platforma sayəsində avtomobil, şəhərin müəyyən nöqtəsinə çatdırılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər