main-post-cover

    Elon Musk, özünün Hyperloop layihəsinə start verir

    06.08.2017
    Farid Pardashunas

    Elon Musk, ona məxsus olan “Boring Company” şirkəti vasitəsilə özünün Hyperloop layihəsinə start verməyə hazırlaşır.

    Vakuum qatarlar layihəsi olan Hyperloop ideyası, Elon Musk-a məxsusdur və daha əvvəllər o bildirmişdi ki, özü şəxsən Hyperloop layihəsi ilə məşğul olmayacaq. Onun yerinə bu layihə ilə 3 startap məşğul olmağa başladı, Söhbət, Hyperloop One, Hyperloop Transportation TechnologiesArrivo adlı startaplardan gedir. Bir neçə müddət bundan öncə Musk, Hyperloop qatarları üçün tunel inşası mövzusu ilə bağlı hökümətdən icazə aldığını bildirmişdi. Belə ki, həmin tunel, Nyu York ilə Vaşinqtonu birləşdirəcək. Məlumata əsasən söhbət, digər Hyperloop layihələri üçün infrastrukturun qurulmasından getmir. Musk özünün Hyperloop sistemini yaratmağı planlaşdırır. Bir sıra mənbələrin məlumatlarına əsasən Musk-ı, özü şəxsən iştirak etmədiyi startaplarda onun adının hallanması vəziyyəti məyus edir.
    Bununla belə bu startapların təsisçiləri işə başlamazdan öncə ya “SpaceX” şirkətindən, yada Musk-ın özündən razılıq alıblar. Bundan əlavə olaraq “SpaceX” şirkəti, Hyperloop ticarət nişanının qeydiyyatı üçün sorğunu, bu 3 startapın yaramasından öncə göndərmişdi. Beləliklə şirkət, Hyperloop.com domeninin və Twitter-də rəsmi @Hyperloop səhifəsinə sahibdir. Digər layihələrdən Hyperloop ticarət nişanına indəyənə kimi sorğu göndərilməyib. “SpaceX” isə bu ilin Aprel ayından həmin ticarət nişanının hüquqi sahibidir. Arrivo-nın təsisçisi Brogan Bambrogan (daha əvvəllər “SpaceX”də çalışıb) öz müsahibəsində bildirib ki, o öz layihəsinin adına Hyperloop sözünü əlavə etməyib. Belə ki, bu adın bütün hüquqi sahibi “SpaceX”dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər