Logo
    main-post-cover

    Elon Musk potensial şəhərcik üçün artıq Marsda uyğun ərazini seçib

    Elm & Texnologiya
    24.03.2025
    Emil
         Elon Musk bildirib ki, ilk insan Marsa 2029-cu ildə ayaq basa bilər və iki onillik ərzində planetdə bir milyona qədər insan yaşaya bilər. Onun fikrincə, Qırmızı Planetdə Yer infrastrukturunu təkrarlayan bir şəhər tikilməlidir - elə bir şəhər ki, Yer kürəsindən yardım almadan özünü resurslarla təmin edə bilsin. Bununla belə, SpaceX şirkətinin baş direktoru Marsda həyatın mövcud olduğuna inanmır. O düşünür ki, yerli kolonistlər orada yalnız məhv olmuş yadplanetlilərin izlərini tapa bilərlər. Bütün bunları Musk, respublikaçı senator Ted Cruz-a verdiyi müsahibəsində bildirib. Musk-ın sözlərinə görə, Marsda yaradılacaq məskən Yer kürəsindən təchizatsız sağ qala bilməlidir.
         O vurğulayıb ki, Qırmızı Planetdəki sivilizasiya Yer üzündə qlobal fəlakət baş versə belə, mövcudluğunu davam etdirə bilməlidir. “Son dərəcə vacibdir ki, şəhər Yer kürəsindən kosmik gəmilərin gəlmə prosesinin dayanacağı halda belə, böyüyə və inkişaf edə bilsin” - deyə Musk bildirib. Musk hesab edir ki, özünü təmin edən bir məskənin yaradılması üçün Marsda Yer səviyyəsində sənaye bazasının tam şəkildə yenidən qurulması zəruridir. Onun sözlərinə görə, bu məqsədlə faydalı qazıntıların çıxarılması, yüzlərlə növ xammalın emalı, ərzaq istehsalı və tikinti materiallarının hazırlanması tələb olunacaq.
         Marsda temperatur çox nadir hallarda 0 dərəcə Selsidən yuxarı qalxır, buna görə də ilk mərhələdə hermetik yaşayış modullarının tikilməsi əsas prioritet olacaq. O, ilk məskənlər üçün şüşə günbəzlərdən istifadə etməyi təklif edib. Marsda eniş üçün mümkün yer kimi isə Arcadia Planitia bölgəsini - səthinin altında buz ehtiyatları olan düzənliyi - göstərib. Musk qeyd edib ki, bu bölgə ilə şəxsi bağları var, çünki qızlarından birinə həmin yerin adını verib. SpaceX rəhbəri həmçinin Marsda ağıllı yadplanetli həyat formaları tapmağı gözləmədiyini bir daha vurğulayıb.
         Bununla belə, onun fikrincə, səth altında mikroorqanizmlər və ya qədim bir sivilizasiyanın xarabalıqları aşkar edilə bilər. “Biz bəlkə də çoxdan yox olmuş bir yadplanetli mədəniyyətin izlərini tapacağıq” - deyə Musk əlavə edib. Musk bildirib ki, Starship raketi Marsa artıq 2026-cı ilin sonunda - göyərtəsində Tesla Optimus adlı insanabənzər robot ilə birlikdə göndərilə bilər. Onun fikrincə, pilotsuz ekspedisiya artıq 2029-cu ildə başlaya bilər, baxmayaraq ki, daha real tarix kimi 2031-ci ili göstərir. Eyni zamanda qeyd olunur ki, Starship hələ də əsas versiyasının uğurla tamamlanmasından çox uzaqdır, çünki son iki prototip orbitə çıxarılmağa cəhd edilərkən itirilib.
    Paylaş
    Bənzər xəbərlər
    marsda-sethalti-okeanin-movcudluguna-dair-subutlar-elde-edilib
    Elm & Texnologiya

    Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib

    Alimlər 2018-2022-ci illərdə Marsda fəaliyyət göstərmiş NASA-nın InSight aparatının seysmik məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, Marsın səthindən 10-20 km dərinlikdə planetar ölçüdə bir okean əmələ gətirə biləcək böyük miqdarda maye su mövcuddur.
    marsda-qedim-mikrob-heyatina-dair-inandirici-subutlar-elde-edilib
    Elm & Texnologiya

    Marsda qədim mikrob həyatına dair inandırıcı sübutlar əldə edilib

    Bir neçə gün bundan öncə NASA nümayəndələri Marsda qədim mikrob həyatının ən inandırıcı izlərinin aşkar edildiyi barədə hesabat təqdim ediblər. Mars səthində fəaliyyət göstərən Perseverance aparatının əldə etmiş olduğu nümunələri yerində ətraflı analiz etmək üçün avadanlığa malik deyil, buna görə də bu tapıntılar yalnız ilkin nəticələr hesab olunur.
    elon-musk-gelen-il-tesla-optimus-robotunu-starship-ile-marsa-gondermeyi-soz-verib
    Elm & Texnologiya

    Elon Musk gələn il Tesla Optimus robotunu Starship ilə Marsa göndərməyi söz verib

    Nəhəng Starship raketi gələn ilin sonuna qədər Marsa yola düşəcək. Bunu SpaceX şirkətinin rəhbəri Elon Musk özünün X sosial şəbəkəsində elan edib.
    yerde-en-cox-rast-gelinen-minerallardan-biri-marsda-askar-edilib
    Elm & Texnologiya

    Yerdə ən çox rast gəlinən minerallardan biri Marsda aşkar edilib

    Alimlər NASA-nın Perseverance aparatı tərəfindən toplanmış məlumatları təhlil edərək Marsda ilk dəfə olaraq saf kvars kristallarının aşkar edildiyini müəyyən ediblər.
    marsda-munbit-seraitde-formalasan-minerallar-askar-edilib
    Elm & Texnologiya

    Marsda münbit şəraitdə formalaşan minerallar aşkar edilib

    Alimlər NASA-nın Mars səthində fəaliyyətdə olan Perseverance aparatının toplamış olduğu məlumatları təhlil ediblər. Bu məlumatlar Jezero adlı kraterin dibindəki qəribə daşları araşdıran cihazlardan əldə edilib.