main-post-cover

    Elon Musk, qlobal təhsilin inqilabına 15 milyon dollar investisiya yatırdı

    21.09.2017
    Farid Pardashunas
    Qlobal təhsilin inkişafı üçün XPRIZE təşkilatı tərəfindən başladılan proqram, Elon Musk-dan 15 milyon dollar investisiya aldı.
    Bu layihənin yaradıcıları, inkişafda olan ölkələrdəki uşaqların, oxuma, yazma və hesablama kimi təhsillərinin təmin olunması üçün proqram təminatı hazırlayacaqlar. BMT-nin məlumatlarına əsasən bu uşaqların təhsili üçün 1.6 milyon təlimçi lazım olacaq. 2030-cu ilə kimi isə lazım olan təlimçilərin sayı 3.2 milyona çatacaq. Bu problemi, Global Learning proqramını işə salmış XPRIZE adlı təşkilat aradan qaldırmağa çalışır.
    Layihənin yaradıcıları, inkişafda olan ölkələrdəki uşaqların sərbəst şəkildə oxuma, yazma və hesablama kimi özəlliklərin, özləri tərəfindən öyrənmək imkanını verəcək açıq kodlu proqran təminatını yaradacaqlar. Forbes-un verdiyi məlumata əsasən Elon Musk, bu proqrama 15 milyon dollar investisiya yatırıb.
    Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Musk, məktəblərdə öyrədilən ənənəvi riyaziyyat proqramını tənqid etmişdi. Musk-ın fikrincə abstrakt məsələlərin və tənliklərin həlli, fənnə olan marağı artırmır. Buna görə də fənn, şagirdlərə reallıqdan tamamilə uzaq gəlir. İnkişafda olan ölkələrdə oxuma, yazma və hesablama dərslərinin necə keçiriləcəyi, 2019-cu ilin Aprel ayında bilinəcək.
    Məhz bu tarixdə XPRIZE, müsabiqənin nəticələrini açıqlayacaq və ən yaxşı təhsil proqramını təqdim edəcək namizədi seçəcək. Bu ay təşkilat, 5 namizədi artıq seçib. Həmin namizədlərin hər biri 1 milyon dollar almaqla öz işlərini Noyabr ayında Tanzaniyada test etmək imkanını əldə edəcəklər. 5 namizəd siyahısına, 3 ABŞ şirkəti daxil olub.
    CCI”, ətraflı təlimatlara sahib ardıcıl tədris proqramı hazırlamaqla məşğul olur. “Kitkit School”, təhsilə oyunların köməyi ilə yanaşır. “RoboTutor” isə elmi üsuldan istifadə edərək süni zəka, data yığımı, nitqin təyin olunması sistemlərinə və koqnitiv psixologiyaya diqqət ayırır. Hindistanda fəaiyyət göstərən “Chimple”, 60 oyundan və 70 hekayədən ibarət təlim platformu hazırlayır. Siyahıdakı sonuncu namizəd isə "Onebillion" adlı layihədir. O, məktublar vasitəsilə eyni anda riyaziyyatı və oxuma bacarığını öyrənməyi təqdim edir.
    Linki kopyala