Elon Musk, 'SpaceX'in ilk kosmik skafandrının tam fotosunu təqdim etdi

Elon Musk, 'SpaceX'in ilk kosmik skafandrının tam fotosunu təqdim etdi

Texnologiya
10.09.2017 PAYLAŞIM

“SpaceX”in təsisçisi Elon Musk, şirkətin ilk skafandr versiyasının tam fotosunu təqdim edib.

O, fotonu öz Instagram hesabında paylaşıb. İlk dəfə skafandrın fotosu, Avqust ayının sonunda təqdim olunmuşdu. Lakin həmin fotoda skafandrın yalnız yuxarı hissəsi əks olunmuşdu. Bu dəfəki fotoda isə skafandrı geyinmiş şəxs, tam şəkildə əks olunub. Həmin fotonun fonunda isə Crew Dragon kosmik gəmisi əks olunub. Həmin kosmik gəmi sayəsində, Commercial Crew Program proqrammı çərçivəsində NASA astronavtları, BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanacaqlar. Həmçinin yeni fotoda, skafandrın digər komponentləri olan əlcəkləri, ayaqqabıları və şalvarı da görmək olar. Məlumata əsasən skafandrın germetizasiyasının pozulduğu halında o, astronavtın təhlükəsizliyini təmin etməyə qadir olacaq. Musk, şirkətin ilk skafandrı barəsində daha dolğun məlumatları, yaxın günlərdə verəcəyini bildirib.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×