Elon Musk SpaceX-in Super Heavy raketi üçün yeni eniş üsulu fikirləşib

Elon Musk SpaceX-in Super Heavy raketi üçün yeni eniş üsulu fikirləşib

Texnologiya
05.01.2021 PAYLAŞIM

    SpaceX-in digər kosmik şirkətlər qarşısında əsas üstünlüyü ondan ibarətdir ki, o, Falcon 9 raketlərini təkrar istifadə etmək imkanına sahibdir. Bunun üçün şirkət xüsusi eniş ştanqlarından istifadə edir. Lakin Falcon 9-un daha ağır versiyası olan Super Heavy raketi üçün Elon Musk daha fərqli üsul fikirləşib. Söhbət, raketin ilk pillələrinin qüllə vasitəsilə tutulmasından gedir. Bu barədə Techcrunch saytı xəbər verib. Raketlərin təkrar istifadəsinin iqtisadi faydası açıq aydın ortadadır.

    Super Heavy adlı ağır raket halında SpaceX şirkəti təkrar uçuşlarda sərf olunan vəsaitlə yanaşı həmçinin cihazın çəkisini də azaltmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Super Heavy ağır raketi Starship layihəsi çərçivəsində hazırlanır və yaxın gələcəkdə o, Starship kosmik gəmisini Yer kürəsinin orbitinə qaldırmalı olacaq. Kosmik gəminin suborbital uçuş testləri artıq keçirilir.


    Dekabr ayının əvvəlində o, 12.5 km hündürlüyə qalxmış, lakin eniş edən zaman eniş platformasında plartlamışdı. SpaceX-in təsisçisi Elon Musk, Super Heavy ilə bağlı yeni ideyasını öz Twitter hesabında paylaşıb. “Biz, Super Heavy raketini start qülləsinin oxu vasitəsilə tutmağa cəhd göstərəcəyik. Bu cür üsulun əsas mənfi cəhəti uçuş manevrlərinin qəlizliyidir. Lakin bu cür üsul raketin çəkisi ilə xərclərini aşağı salmaqla yanaşı həmçinin eniş ştanqlarından imtina etməyə də imkan yaradacaq” - deyə Musk bildirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər..

Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları il..


SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə..

Görünür, SpaceX şirkəti Starship kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzə..


Apple yenilənmiş Face ID texnologiyasının patentini əldə edib

ABŞ-ın patentlər üzrə təşkilatı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib...


Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru t..

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensi..


Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion bata..

İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası..


Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu t..

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib.

×