Logo
    main-post-cover

    Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir

         Dünən SpaceX rabitə operatoru EchoStar-dan 50 MHz diapazonunda naqilsiz rabitə tezliklərini 17 milyard dollara aldı və kosmik operatorun rəhbəri Elon Musk bu resursun necə istifadə olunacağı barədə ənənəvi şəkildə cəsarətli bəyanatlar verdi. Biznesmenin fikrincə, Starlink həm evdə, həm də Wi-Fi-dan uzaqda qoşulma üçün universal həll ola bilər. Musk hesab edir ki, Starlink sonda ev internetini mobil rabitə ilə birləşdirəcək. Yaxın gələcəkdə onun operatoru bazardan AT&T, T-MobileVerizon kimi nəhəngləri sıxışdırmaq niyyətində deyil - çünki ABŞ-da onların sərəncamında telefon zəngləri, mesajlaşma və video axını üçün daha geniş tezlik spektri mövcuddur.
         Musk-a Verizon-un sahibi olmaq təklif ediləndə isə o, gülümsəyib: “Bu, istisna deyil. Düşünürəm ki, bu, baş verə bilər”- deyə Musk qeyd edib. SpaceX rəhbəri yeni alınmış tezlik diapazonundan Starlink peykləri üçün istifadə planlarından danışıb. O bu peykləri “kosmosdakı mobil rabitə qüllələri” adlandıraraq onların yerüstü telefonlara birbaşa qoşulmasını təmin edəcəyini bildirib. Hazırda orbitdə fəaliyyət göstərən 8140 ədəd SpaceX aparatından 657-si mobil qurğulara birbaşa qoşulmanı dəstəkləyir, qalanları isə ənənəvi Starlink rabitə xidmətlərində istifadə olunur. “Bu, uzunmüddətli layihədir. O, SpaceX-ə peyklərlə smartfonlar arasında yüksək sürətli birbaşa qoşulmanı təmin etməyə kömək edəcək. Amma bunun üçün smartfonların avadanlığında bəzi dəyişikliklər edilməlidir” - deyə Musk EchoStar-dan tezlik resursunun alınmasını şərh edib.
         Həqiqətən də, bu diapazonda işləmək üçün mobil cihazlarda həmin tezlikləri dəstəkləyən çiplər tələb olunur və Musk-ın sözlərinə görə, bunun üçün təxminən 2 il vaxt lazım olacaq. İyul ayında SpaceX və yerüstü operator T-Mobile T-Satellite xidmətini istifadəyə veriblər. Bu xidmət Starlink peyklərinə, yerüstü şəbəkənin işləmədiyi ərazilərdə qoşulma imkanı yaradır. T-Satellite abunəçiləri artıq SMS göndərə bilirlər, oktyabrdan etibarən isə AccuWeatherAllTrails xidmətləri, WhatsApp messenceri və X sosial şəbəkəsi dəstəklənəcək.
    Paylaş