main-post-cover

    Elon Musk, Starship kosmik gəmisinin istifadəsi üçün daha bir sahəni təklif edib

    Elm & Texnologiya
    12.07.2021
    Emil Nəcəfov
        Elon Musk öz fantaziyaları ilə pərəstişkarlarını təəccübləndirməyə davam edir. O güman edir ki, Starship kosmik gəmisi digər planetlərə insanları çatdırmaqdan əlavə olaraq kainatın müşahidə edilməsində də yardımçı ola bilər. Bir neçə müddət bundan öncə məşhur Hubble teleskopu sıradan çıxmışdı. NASA mühəndislərinin indiyənə kimi etdikləri bir çox cəhdlərə baxmayaraq teleskopu yenidən işə salmaq hələ də mümkün olmayıb. Onun aqibətinin necə olacağı bəlli deyil. Bundan əlavə olaraq Yer kürəsinin orbiti daha yüklənmiş vəziyyətə çatır. Belə ki, Elon Musk və onun rəqibləri Yer kürəsinin orbitində çoxlu sayda peyklərin yerləşdirilməsi ideyasından imtina etməyiblər.
        Elon Musk-ın son ideyalarından biri də kosmik gəminin böyük kosmik teleskop kimi təkmilləşdirilməsi ilə bağlıdır. Yəni başqa sözlə desək, o, Starship-in böyük kosmik teleskopa çevrilməsi və kosmosa göndərilməsi ideyasını təklif edir. O əmindir ki, bu, Hubble teleskopunun imkanlarını 10 dəfə üstələyəcək müşahidə alətini yaratmağa imkan verəcək. Musk-ın sözlərinə əsasən ona bu ideyanı Lourens Berkli adına Milli Laboratoriyanın astrofiziki Saul Perlmutter verib. Qeyd etmək lazımdır ki, SpaceX-in Starship kosmik gəmisi yaxın illərdə insanları Aya Marsa çatdırmalıdır.
    Linki kopyala