Elon Musk Starship kosmik gəmisinin Marsa nə zaman yollacanağını açıqlayıb

Elon Musk Starship kosmik gəmisinin Marsa nə zaman yollacanağını açıqlayıb

Texnologiya
29.03.2021 PAYLAŞIM

    Elon Musk, Mars planetinin fəth edilməsi üzrə planları barəsində yenidən danışıb. Bu dəfə Twitter-dəki abunəçiləri ilə söhbət zamanı o, SpaceX-in Starship kosmik gəmisinin nə zaman Marsa yollanacağını açıqlayıb. Onun sözlərinə əsasən bu artıq yaxın zamanda baş tutacaq. Starship-in prototiplərinin müxtəlif hissələrinin testləri davam edir. Son prototipin testi zamanı onun Raptor adlı mühərriki yenidən partlamışdı. Bu isə əlavə testlərin keçirilməsinin vacibliyi deməkdir. Çünki aydındır ki, Starship hələ kosmik missiyaların yerinə yetirilməsi üçün hazır deyil. Görünür, bu cür problemlər Musk-ı heç narahat etmir. Belə ki, o qeyd edib ki, Starship kosmik gəmisi Mars planetinə planlaşdırılandan daha tez eniş edəcək.

    Onun sözlərinə əsasən bu, 2030-cu ildən daha tez baş verəcək. Ola bilər ki, Musk-ın bu cür bəyanatı Avropa Kosmik Agentliyinin (ESA) SpaceX ilə bağlı fikirlərinə cavabdır. Belə ki, Avropa Birliyi SpaceX şirkətinin kosmik uçuşların qiymətlərini nə dərəcədə aşağı endirdiyindən narahatdır. Bundan əlavə olaraq 2022-ci ildə avropalı istehsalçılar tərəfindən yeni növ raketlər istifadəyə veriləcək və çox güman ki, həmin raketlər SpaceX-in təklif etdiyi variantlar ilə rəqabət apara bilməyəcəklər. Musk-ın sözlərinə əsasən yalnız sürətli şəkildə dəfələrlə istifadəyə yararlı raketlər aerokosmik sahədə rəqabət apara biləcəklər. Bununla yanaşı Musk əmindir ki, artıq bu il Starship Yer kürəsinin orbitinə, 2023-cü ildə isə Aya uça biləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×