main-post-cover

    Elon Musk, Starship kosmik gəmisinin növbəti ciddi uçuş testini anons edib

    Elm & Texnologiya
    14.09.2020
    Emil Nəcəfov
        SpaceX-in Starship kosmik gəmisinin prototipi bir neçə müddət bundan öncə 120 metrlik uçuş testini uğurla başa vurmuşdu. İndi isə şirkət kosmik gəminin yeni prototipinin daha ciddi testinə hazırlaşır. Bu barədə Engadget saytı xəbər verib. SpaceX şirkətinin CEO-su Elon Musk-ın verdiyi məlumata əsasən növbəti test mərhələsində Starship-in final dizaynına yaxın olan prototip iştirak edəcək və o, daha hündür məsafəyə qalxacaq. Musk-ın sözlərinə səasən Starship prototipinin birinci test mərhələsi sona çatdırılıb.
        Kosmik gəminin SN8 adlı yeni prototip modelinin inşası gələn həftə sona çatmalıdır. Statik testlərdən sonra şirkət yeni prototip modelini 18 km hündürlüyə qaldırmağa cəhd göstərəcək. SN8 adlı yeni prototip modelinin test uçuşunun nə zaman keçiriləcəyi bilinmir. Belə ki, kosmik gəminin yerüstü testləri və uçuş testlərinə hazırlıq müəyyən zaman ala bilər. Gözləntilərə əsasən 18 km-lik hündürlüyə uçuş testi SpaceX şirkətinin kosmik turizm və planetlərarası səyahət kimi layihələrinin reallaşdırılmasının ilkin mərhələsi olacaq.
    Linki kopyala