
Elon Musk tarix yazdı. Falcon Heavy uğurla Marsa yola düşdü (VİDEO)
Elm & Texnologiya
07.02.2018
Elon Musk-n “SpaceX” şirkəti ilk dəfə Falcon Heavy adlı ağır raketin uğurlu startını reallaşdırdı.
Sözügedən raket Floridada yerləşən
Kennedy kosmik mərkəzinin kosmodromundan start götürərək Mars planetinə yola
düşdü. Qeyd etmək lazımdır ki, raketin daxilində faydalı yük qismində Musk-ın
Tesla Roadster avtomobili olub. Avtomobilin daxilinə isə süni astronavt yerləşdirilib.
Bundan əlavə olaraq Marsa olacaq bütün yol boyunca avtomobildə David Bowie-nin “Space
Oddity” mahnısı səslənəcək. Avtomobil isə saniyədə 11 km sürətlə kosmosda səyahətinə
davam edəcək.
Musk-ın ideyasına əsasən həmin avtomobil Mars ilə Yer kürəsi
arasındakı orbitdə milyardlarla il ərzində qalacaq. Əgər hər şey uğurlu olarsa
avtomobil Günəşi dövr edərək gah Yer kürəsinin gah da Marsın orbitinə yaxınlaşacaq. Lakin
Mars planetinin özünə Tesla Roadster çatmayacaq. Belə ki, onun öz mühərriki
yoxdur və buna görə də o öz istiqamətini tənzimləyə bilmir. Əslində isə “SpaceX”in
əsas hədəfi avtomobili Marsa göndərmək deyildi. Onun əsas məqsədi Falcon Heavy
raketini yoxlamaq idi. Hər-halda Elon Musk və onun “SpaceX” şirkəti tarix yazdılar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...