Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib (VİDEO) - QİYMƏTİ

Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib (VİDEO) - QİYMƏTİ

Texnologiya
23.09.2020 PAYLAŞIM

    Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqdim edib. Sözügedən elektromobil yeni transmissiya, əlavə elektromühərrik və yaxşılaşdırılmış avtonom çalışma ilə seçilir. Bu barədə Engadget saytı xəbər verib. Musk-ın verdiyi məlumata əsasən Model S Plaid elektromobili bir dəfə şarj olunandan sonra 837 km yol qətt edə bilir.

    Bununla belə bir dəfə şarj olunandan sonra uzun yol qətt etmə imkanı Model S Plaid-də reallaşdırılmış yeganə yenilik deyil. Belə ki, bu elektromobil 3 ədəd elektromühərrik ilə təchiz olunub. Bu isə elektromobilin gücünün və dinamika sürətinin artmasına şərait yaradır. Məlumatda qeyd edilib ki, təkmilləşdirilmiş elektromobil 1100 at gücünə sahibdir.


    Bununla yanaşı o, maksimal olaraq saatda 322 km sürətlə hərəkət edə və saatda 100 km sürəti 2 saniyəyə yığa bilər. Üçüncü elektromühərrikin yerləşdirilməsi elektromobilin gövdəsini bir qədər uzadıb. Musk bildirib ki, Model X modeli də Plaid versiyasını əldə edə bilər. Tesla Model S Plaid-in qiyməti 139.990$ təşkil edir. Sözügedən modelin gələn ilin sonunda satışa çıxacağı planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi şirkəti 80 vatt gücündə olan yeni sürətli naqilsiz şarj texnologiyasını t..

Xiaomi şirkəti Çində 80 vatt gücündə olan Wireles Charging Technology adlı yeni sürətli naqilsiz şar..


Pentaqon hərbi yük daşımaları üçün SpaceX raketlərindən istifadə etməyi planlaşd..

Pentaqonun nəqliyyat komandanlığı SpaceX şirkəti ilə birlikdə Yer kürəsinin istənilən nöqtəsinə tonl..


Blue Origin şirkəti turistlər üçün nəzərdə tutulmuş çoxistifadəli kosmik raketi ..

Turistləri komsoa göndərməyi planlaşdıran Blue Origin aerokosmik şirkəti New Shepard adlı ksomoik gə..


Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa h..

Keçən ay keçirilmiş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk bildirmişdi ki, Tesla şirk..


Samsung Exynos 1080 prosessoru Snapdragon 865+ prosessoruna qarşı: AnTuTu testlə..

Keçən həftə Samsung şirkəti özünün ilk 5 nanometrlik prosessoru olacaq Exynos 1080 barəsində ilkin m..


Exynos 2100 vs Snapdragon 875: Hansı prosessor daha performanslı olacaq?

Qualcomm və Samsung şirkətləri özlərinin ilk 5 nanometrlik prosessorlarının istifadəyə verilməsinə h..

×