main-post-cover

    Elon Musk Tesla-nı elektromobil sahəsinin Android-nə çevirmək istəyir

    Elm & Texnologiya
    26.05.2023
    Farid Pardashunas
        Elon Musk bütün dünyada elektromobillərin yayılmasının sürətləndirilməsinə istiqamətlənmiş bir neçə vacib bəyanat verib. Elektromobilləırin bütün dünyada geniş şəkildə sürətlə yayılmaları üçün o hətta Tesla-nın texnologiyalarını digər şirkətlərlə bölüşməyə hazırdır. Məlumata əsasən bu cür razılaşma artıq Ford şirkəti ilə əldə edilib. Elan edilib ki, Ford elektromobillərinin sahibləri Tesla-nın ABŞ və Kanadada yerləşən 12 000-ə yaxın Tesla Superchargers şarj stansiyalarından istifadə edə biləcəklər.
        Bununla yanaşı 2025-ci ildən başlayaraq Ford-un növbəti nəsil elektromobilləri Tesla-nın şarj girişi ilə təchiz olunacaqlar. Söhbət, elektromobillər üçün nəzərdə tutulmuş NACS adlı Şimali Amerika şarj girişi standartından gedir. F-150 Lightning, Mustang Mach-EE-Transit modelləri də daxil olmaqla Ford-un digər mövcud elektromobilləri Superchargers şarj stansiyalarından istifadə üçün Tesla tərəfindən hazırlanmış adapterləri əldə edəcəklər. Musk bildirib ki, Tesla kənar şirkətlər üçün öz texnologiyalarını təqdim etməklə nəticə etibarilə elektromobil sahəsinin Android-i ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər