main-post-cover

    Elon Musk, Tesla'nın ilk pikap modelinin təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    07.11.2019
    Emil Nəcəfov
        Tesla şirkətinin elektrikləşdirilmiş pikap modelini satışa çıxartmaq planları barəsində məlumat hələ bir neçə il bundan öncə ortaya çıxmışdı. İndi isə Elon Musk, Tesla-nın ilk pikap modelinin təqdimat tarixini rəsmi şəkildə elan etdi. Bununla yanaşı o qeyd edib ki, elektropikap futuristik dizayna sahib olacaq. Bu barədə The Verge saytı xəbər verib. Musk-ın verdiyi məlumata əsasən Cybertruck adlı pikap modeli 21 noyabr tarixində SpaceX şirkətinin ərazisində yerləşən dizayn studiasında təqdim olunacaq.
        Onun sözlərinə əsasən pikap diqqəti cəlb edən futuristik dizaynda hazırlanıb və Porshce 911 modelinin baza versiyası ilə müqayisədə daha yaxşı göstəricilər əldə edib. Bununla belə şirkət hələ də pikapın fotosunu təqdim etmir. Son məlumatlara əsasən Tesla-nın pikap modelinə 6 nəfər insan yerləşə biləcək və onun qiyməti 50.000$-dan başlayacaq. Gözləntilərə əsasən elektropikap bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə biləcək.
    Linki kopyala