main-post-cover

    Elon Musk, Tesla-nın superkompüterindən danışıb

    Elm & Texnologiya
    18.08.2020
    Farid Pardashunas
        Elon Musk təkmilləşdirilmiş elektromobillərin, planetlərarası səyahət üçün kosmik gəmilərin, peyk internetinin, beyin implantlarının və hətta şəhər daxilində sürətli hərəkət üçün yeraltı tunellərin yaradılması ilə məşğul olur. Bu siyahıya həmçinin Dojo adlı superkompüteri də əlavə etmək lazımdır. Sözügedən superkompüterin imkanları barəsində Musk öz Twitter hesabında danışıb. Bu barədə Electrek saytı xəbər verib.
        Dojo adlı superkompüter barəsində ilk məlumat hələ keçən il ortaya çıxmışdı. Lakin həmin vaxtda bu superkompüterin hansı məqsədli çalışacağı məlum deyil idi. Elon Musk bu suala cavab verib. Beləliklə Musk-ın verdiyi məlumata əsasən Dojo adlı superkompüter Tesla şirkətində böyük həcmli videoməlumatların emal olunması üçün istifadə olunacaq. Musk bu superkompüteri əsl “canavar” adlandırır və süni zəka, kompüterlər, prosessorlar üzrə mütəxəssisləri öz komandasına dəvət edir.
        Bununla yanaşı Musk öz superkompüterinin gücünün 1 ekzaflopsdan yuxarı olacağına işarə edib. Bu halda superkompüter saniyədə kvintilyondan çox əməliyyat yerinə yetirə biləcək. Bütün bu güc böyük həcmli videoməlumatların analizinə yönləndiriləcək. Bu isə öz növbəsində Tesla şirkətinə 5-ci səviyyəli avtopilot sisteminin yaradılmasında yardımçı olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər