main-post-cover

    Elon Musk: "Tesla öz texnologiyalarını digər şirkətlərlə bölüşməyə hazırdır"

    Elm & Texnologiya
    30.07.2020
    Emil Nəcəfov
        Tesla elektromobilləri avtomobil sahəsində ən yaxşılarından biri hesab edilir. Söhbət, proqram təminatından gedəndə bu daha çox nəzərə çarpır. Lakin yaxın zamanda sözügedən bazarda vəziyyət tamamilə dəyişə bilər. Elon Musk-ın sonuncu gözlənilməz bəyanatından sonra belə bir qənaətə gəlmək olar. Bu barədə 4pda saytı xəbər verib.
        Məlumata əsasən məşhur avtomobil istehsalçıları olan Vokswagen Audi, Tesla elektromobillərinin nailiyyətlərindən heyrətə gəlməklə yanaşı həmçinin onları dünyanın ən yaxşıları hesab edirlər. Buna baxmayaraq həmin şirkətlər Tesla ilə onlar arasında olan texnoloji geriləməni azaltmaq niyyətindədirlər. Elon Musk isə bundan xəbər tutaraq öz Twitter hesabında qeyd edib ki, Tesla öz texnologiyalarını digər şirkətlər ilə bölüşməyə hazırdır.
        “Tesla proqram təminatının lisenziyalaşdırılmasına və batareyaların təmin olunmasına açıqdır. Biz sadəcə olaraq rəqiblərin aradan qaldırılmasına deyil elektromobillərin inkişaflarını sürətləndirməyə çalışırıq” - deyə Musk qeyd edib. Bundan əlavə olaraq Musk qeyd edib ki, onlar hətta Tesla avtopilotunun lisenziyalaşdırılmasına da hazırdırlar. İndiki zamanda isə Tesla avtopilotu dünyanın ən təkmilləşdirilmiş avtopilot sistemlərindən biridir. 
    Linki kopyala