Elon Musk: 'Tesla pilotsuz taksi sahəsini ələ keçirəcək'

Elon Musk: 'Tesla pilotsuz taksi sahəsini ələ keçirəcək'

Texnologiya
26.10.2018 PAYLAŞIM

    Tesla şirkəti üçün gəlir baxımından rekord olmuş üçüncü rübün nəticələrinin təqdim olunduğu konfransda Elon Musk bildirib ki, Tesla pilotsuz taksilər sahəsində lider şirkət olma potensialına sahibdir. Onun sözlərinə əsasən Tesla mütəxəssisləri tərəfindən hazırlanan təkmilləşdirilmiş avtopilot sistemi rəqib şirkətləri şanssız qoyacaq. “Uzunmüddətli perspektivdə Tesla şirkəti pilotsuz taksi sahəsində ən güclü rəqabətcil mövqeyə sahibdir” – deyə Musk bildirib.

    Şirkət artıq öz elektromobil modelləri üçün bu mövzu barəsində yenilənmiş proqram təminatını təqdim edib və avtopilot imkanlarını bir qədər genişləndirib. Bundan əlavə olaraq Tesla şirkəti özünün süni zəka çipini də hazırlayır. Bu çip Tesla avtomobillərinin tamamilə pilotsuz səviyyəyə çatmalarına yardımçı olacaq. Çox güman ki, həmin çipin istifadəyə verilməsi ilə pilotsuz taksi sahəsinin formalaşması başlayacaq. “Biz tamamilə əminik ki, nəqliyyatın gələcəyi pilotsuz avtomobillərdə birgə səyahətdən ibarətdir. Bu bazar Airbnb ilə Uber servislərinin qarışığı tərzində formalaşacaq” – deyə Musk bildirib.

Bənzər xəbər


    Musk düşünür ki, yüngül şəhər nəqliyyatı Tesla şirkətinə məxsus pilotsuz avtmobillərdən ibarət olacaq. Həmin pilotsuz avtomobillər isə öz növbələrində özəl şəxslərdə olacaqlar. Hər iki tərəf bu halda Uber sistemi əsasında qazanc əldə edəcək. Lakin bu vəziyyətdə sərnişinləri sürücü və ya avtomobilə sahib özəl şəxslər deyil, pilotsuz sistem lazımi məntəqəyə çatdıracaq. Bundan əlavə olaraq pilotsuz avtmobilləri Airbnb servisi tərzində icarəyə də vermək mümkün olacaq. Musk Tesla şirkətinin artıq indidən müəyyən üstünlüyə sahib olduğunu bildirərək gələcək nəqliyyat sistemi barəsində böyük əminliklə bu cür bəyanatlar verir.

    Belə ki, ABŞ yollarında artıq yüz minlərlə Tesla avtmobillərindən istifadə olunur. Beşinci avtopilot səviyyəsinin istifadəyə verilməsindən sonra isə elektromobillərin sayı milyondan çox olacaq. İndi hazırlanan texnologiya sayca həmin milyondan çox olacaq elektromobillərdən böyük bir hissəsini pilotsuz nəqliyyat növünə çevirməyə imkan verəcək. Belə ki, bəzi elektromobillərin pilotsuz nəqliyyat növünə çevrilməsi üçün sadəcə olaraq proqram təminatı yenilənməsi göndəriləcək. Bəzilərində isə sadəcə olaraq çiplər dəyişdiriləcək. Buna baxmayaraq mütəxəssislər Tesla şirkətini pilotsuz avtomobil yaradıcılarının reytinqinə daxil etmirlər. Həmin reytinqdə birinci yeri tutan isə Waymo şirkətidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×