Logo
    main-post-cover

    Elon Musk 'Tesla' şirkətindəki maaşından məhrum ola bilər

    Elm & Texnologiya
    24.01.2018
    Emil
    “Tesla” şirkətinin direktorlar şurası yeni plan tərtib ediblər.
    Həmin plana əsasən şirkətin CEO-su Elon Musk maaşsız qalacaq və müəyyən maliyyə nailiyyətlərinin qazanılması halında kompensasiya əldə edəcək. Beləliklə Elon Musk-ın qarşısında çox vacib bir tapşırıq dayanıb. Belə ki, o, növbəti 10 il ərzində şirkətin hal-hazırki 59 milyard dollar dəyərini 650 milyard dollara çatdırmalıdır. Bütün müddət ərzində Musk şirkətin 1% səhmi şəklində 12 ödəniş ala bilər. İndiki göstəricilərə əsasən bu cür paketin həcmi 600 milyon dollardır. Bu tranşlardan ilki Musk-a şirkətin dəyərinin 100 milyard dollara qalxdığı zaman veriləcək. Qalan tranşlar isə şirkətin dəyərinin hər 50 milyard dollar qalxması halında veriləcək.

    Əgər bu qoyulmuş məqsədlər yerinə yetirilməsə Musk “Tesla”dan ümumiyyətlə maaş ala bilməyəcək. Qeyd etmək lazımdır ki, nəzərdə tutulmuş 650 milyard dollarlıq dəyər “Toyota” (227 milyard dollar bazar kapitalizasiyası) şirkətinin dəyərindən 3 dəfə böyükdür. Hal-hazırda 3 ən bahalı şirkət var: “Apple” (900 milyard dollar), “Alphabet” (815 milyard dollar) Microsoft” (709 milyard dollar). Yeni mükafatlandırma üzrə səhmdarların səsverməsi Mart ayının sonunda keçiriləcək. Həmin səsvermədə Elon Musk və qardaşı Kimbal Musk iştirak etməyəcəklər. Bu yeni plan 2012-ci ildəki razılaşmaya bənzəyir. Həmin vaxtda da Musk-ın maliyyə vəziyyəti “Tesla”nın maliyyə vəziyyətindən və elektromobillərin istehsalat tempindən asılı idi. Lakin Musk uğurlu şəkildə 10 məqsəddən 9-nu yerinə yetirdi və 5 il ərzində şirkətin dəyərini 17 dəfə qaldırdı.
    Paylaş
    Bənzər xəbərlər