Elon Musk Tesla şirkətinin Model 3 istehsalı ucbatından ola biləcək iflası haqqında danışdı

Elon Musk Tesla şirkətinin Model 3 istehsalı ucbatından ola biləcək iflası haqqında danışdı

Texnologiya
22.05.2018 PAYLAŞIM

Tesla şirkəti premium elektromobil modellərinin istehsalat həcmini lazımi səviyyəyə çatdırmayana kimi ucuz qiymətə satılan Model 3-ü yüksək istehsalat səviyyəsinə çatdıra bilməz. Əgər Tesla indiki zamanda qiyməti 35.000$ olan Model 3-ü kütləvi istehsalata buraxsa, şirkət məhv ola bilər. Bu barədə Elon Musk öz Twitter hesabında bildirib. Musk-ın sözlərinə əsasən şirkət həftədə 5000 ədəd avtomobil istehsalat etməlidir ki, Model 3 şirkəti iflasa uğratmasın.

“İlk öncə lazımi istehsalat tempinə çatmaq daha sonra onu optimallaşdırmaq lazımdır ki, yekun dəyərə çıxa bilək. Ən ucuz Model 3-ün hal-hazırda kütləvi istehsal edilməsi şirkətin yüksək miqdarda pul itkisinə səbəb ola bilər və şirkəti məhv edə bilər. Biz yaxın 3-6 ay ərzində həftədə 5000 ədəd elektromobil istehsal etməliyik ki, Model 3-ün istehsalatı zamanı şirkət iflasa uğramasın” – deyə Elon Musk bildirib.

Qeyd etmək lazımdır ki, Tesla Model 3 iki versiyada istehsal olunur. 35.000$ qiymətə sahib versiya saatda 210 km sürət yığır və bir dəfə şarj olunandan sonra 350 km yol qətt edə bilir. 44.000$ qiymətə sahib versiya isə saatda 225 km sürət yığır və 500 km yol qətt edə bilir. Qeyd edək ki, dünən verdiyimiz xəbərdə qeyd etmişdik ki, Tesla şirkəti 2 batareyalı Model 3-ün istehsalatını planlaşdırır.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×