Elon Musk Tesla Y krossoverinin təqdimat tarixini elan etdi

Elon Musk Tesla Y krossoverinin təqdimat tarixini elan etdi

Texnologiya
04.03.2019 PAYLAŞIM

    Elon Musk öz Twitter hesabında Tesla şirkətinin yeni elektromobil modeli olacaq Tesla Y krossoverinin təqdimat tarixini elan etdi. Tesla Y elektromobili artıq məşhurluq qazanmış Model 3-dən daha baha olacaq və bundan əlavə olaraq bir qədər az yol qətt etmə göstəricisinə sahib olacaq. Şirkət həmçinin özünün pikap modeli üzərində də çalışır və onu ilin sonuna kimi təqdim etməyi planlaşdırır. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə Model Y krossover modelinin təqdimatı 14 mart tarixində Los Ancelesdə keçiriləcək. Qeyd etmək lazımdır ki, Musk hələ keçən ilin may ayında təqdimat tarixini elan etmişdi. Həmin vaxtda o, 15 mart tarixini qeyd etmişdi. Lakin görünür, təqdimat bir gün tez baş tutacaq.

    Model Y-ın ölçüsü Model 3 ilə müqayisədə 10% daha böyük olacaq. Buna görə də onun qiyməti 10% daha baha olacaq. Elektromobilin ölçüsü həmçinin onun yol qətt etmə göstəricisinə də təsir edəcək. Beləliklə Model Y-ın yol qətt etmə göstəricisi Model 3-ün yol qətt etmə göstəricisi ilə müqayisədə bir qədər aşağı olacaq. Buna baxmayaraq Model Y modeli Model 3 kimi eyni batareya həcminə sahib olacaq. Təqdimat zamanı şirkət sözügedən elektromobilin dəqiq texniki göstəriciləri və qiyməti barəsində məlumat verəcək. ABŞ-da ən ucuz Model 3 modelinin qiyməti 35.000$ təşkil edir. Əgər Model Y 10% daha baha olacaqsa deməli onun standart modelinin qiyməti 40.000$-dan başlayacaq.

Bənzər xəbər


    Elektrokrossoverin hazırlanmasında Tesla mühəndisləri Tesla Model 3-ün platformasından istifadə ediblər. Musk-ın sözlərinə əsaəsn hər iki elektromobil modelinin 3/4 hissəsi bir-birinə bənzəyir. Ars Technica saytının məlumatına əsasən şirkət artıq bu cür istehsalı reallaşdırıb. Belə ki, şirkət 2012-ci ildə Tesla Model S elektromobilini satışa çıxartmışdı. Daha sonra isə o, Model S platforması əsasında daha böyük ölçüyə sahib Model X modelini hazırlamışdı. Model X-i digər modellərdən fərqləndirən özəllik isə onun qapıları idi. Belə ki, Model X-in qapıları yuxarı istiqamətdə açılaraq quş qanadlarını xatırladırdı. Lakin Model X alıcıları çox zaman həmin qapılardan şikayətlənirdilər. Belə ki, qapılar bəzən bağlanmır, elektromobil yolda olarkən açılır və qış aylarında donurdular.

    Tesla şirkəti həmin səhvi təkrarlamaq niyyətində deyil. Belə ki, Elon Musk bildirib ki, Tesla Model Y adi qapılara sahib olacaq. Model Y ilə paralel olaraq Tesla mühəndisləri Tesla Truck adlı pikap üzərində də çalışırlar. “Şəxsən məni bu layihə daha çox maraqlandırır. Bir çoxları üçün o çox futuristik görünə bilər. Lakin mənim xoşuma gəlir” – deyə Musk öz Twitter hesabında bildirib. Musk Tesla şirkətinin ilk pikap modelini bu ilin sonuna kimi təqdim etməyi söz verib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×