
Elon Musk, Teslaquila adlı spirtli içki istehsal etməyə hazırlaşır?
Elm & Texnologiya
13.10.2018
Emil
Tesla şirkəti ABŞ-ın ticarət nişanları və patentləri üzrə komissiyasına Teslaquila-nın qeydiyyatı üçün sorğu göndərib. Beləliklə Tesla şirkəti aqava bitkisindən hazırlanan spirtli içkisinin qeydiyyatını reallaşdırmaq istəyir. Şirkət isə öz növbəsində bu xəbərlə bağlı fikir bildirməkdən imtina edib. Qeyd etmək lazımdır ki, bu ticarət nişanının qeydiyyatdan keçirilməsi o demək deyil ki, yaxın zaman ərzində şirkət spirtli içki istehsalına keçid edəcək. Lakin buna baxmayaraq şirktin CEO-su Elon Musk öz Twitter hesabında bildirib ki, Teslaquila yaxın zamanda satışa çıxacaq.

Qeyd etmək lazımdır ki, ilk dəfə Musk, Teslaquila barəsində məlumatı bu ilin 1 Aprel tarixində zarafat kimi paylaşılmış tweet-də qeyd etmişdi. 1 Aprel zarafatından bir neçə gün sonra isə o, Teslaquila-nın butulkasının fotosunu paylaşmışdı. Qeyd etmək lazımdır ki, Elon Musk daha öncə də sosial şəbəkədə yazdığı məhsulların çoxunu sonradan istehsal edib. Məsələn keçən ilin Dekabr ayında o, Twitter-də bildirmişdi ki, onun digər şirkəti olan The Boring Company odpüskürən cihaz istehsal edəcək. Bu ilin Yanvar ayında isə şirkət həmin odpüskürənlərin ön satışına start vermişdi. Nəticədə The Boring Company 20.000 ədəd odpüskürən sataraq ümumilikdə 10 milyon dollar gəlir əldə etmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
