main-post-cover

    Elon Musk Texas ştatında Snailbrook adlı fərdi şəhərini inşa etdirir

    Elm & Texnologiya
    10.03.2023
    Farid Pardashunas
        Elon Musk bir neçə müddət bundan öncə Texas ştatının paytaxtından kənarda əldə edilmiş otlaqlar və kənd təsərrüfatı torpaqlarında öz şəhərini inşa etdirməyə başlayıb. Bu barədə məlumat layihə ilə yaxından əlaqəsi olan insanlar tərəfindən verilib. Torpaq mülkiyyətçiləri və daşınmaz əmlak agentləri ilə görüş zamanı Musk və onun şirkətlərinin əməkdaşları inşa edilən şəhəri Kolorado çayı boyunca uzanacaq “Texas utopiyası” kimi gördüklərini qeyd ediblər. Məlumata əsasən gələcəkdə Musk-ın şirkətlərinin əməkdaşları həmin şəhərdə yaşaya və çalışa biləcəklər.
        Məlumatda qeyd edilib ki, Musk həqiqətən də Texas ştatında fərdi şəhər layihəsi üzərində çalışır və onu Snailbrook adlandırmağı planlaşdırır. The Wall Street Journal-ın verdiyi məlumata əsasən Musk öz fərdi şhərini Ostin şəhərindən kənarda The Boring Company SpaceX şirkətlərinə yaxın ərazidə inşa etdirməyi planlaşdırır. Əldə edilmiş fotolardan birində şəhərdəki modul tipli evlərin inşasını və Snailbrook adını görmək olar. Musk sözügedən şəhərdə şirkət əməkdaşları üçün yaşayış evlərinin inşasını reallaşdıracaq. Həmin evlərdə yaşamaq istəyən şirkət əməkdaşları isə aylıq 800$ dəyərində kirayə pulu ödəməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər