Elon Musk Türkiyəyə səfər etdi və prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü

Elon Musk Türkiyəyə səfər etdi və prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü

Texnologiya
09.11.2017 PAYLAŞIM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SpaceX” və “Tesla” şirkətlərinin CEO-su Elon Musk ilə görüşüb.

Bu barədə Anadolu agentliyi xəbər verir. “Elon Musk Turksat 5A və 5B peyklərinin kosmosa buraxılmasının müzakirəsi ilə bağlı Türkiyəyə gəlib” – deyə prezidentin mətbuat katibi bildirib. Ərdoğan amerikalı biznesmeni prezident sarayında qəbul edib. Məlumata əsasən onların görüşləri bağlı qapılar arxasında 1 saat davam edib. Həmin görüşdə həmçinin Türkiyənin nəqliyyat və texnologiya nazirləri də çıxış ediblər. Peyklərin kosmosa buraxılmasından əlavə olaraq Ərdoğan və Musk avtomobil istehsalı barəsində də müzakirələr aparıblar. Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən Türkiyə 2019-cu ildə öz ilk avtomobilini istehsal etməyi planlaşdırır.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×