Elon Musk'un reallaşdırmaq istədiyi ən maraqlı 3 layihə

Elon Musk'un reallaşdırmaq istədiyi ən maraqlı 3 layihə

Texnologiya
14.04.2018 PAYLAŞIM

SpaceXTesla Motors ilə hərkəsin tanıdığı Elon Musk-un gələcək üçün bir çox planı var. Amma bunlardan 3-ü reallaşmağa daha yaxındı və insanlıq üçün daha faydalı olacaqdır. Hal-hazırda SpaceX şirkətinə 500 milyon dollar dəyərində investisiya ayıran Elon Musk bu 3 layihəni reallaşdırmağı planlayır. Hesablamalara görə, SpaceX şirkətinin ümumi bütçəsi 27.5 milyard dollar dəyərindədir. Technote olaraq, SpaceX şirkətinin ən maraqlı və reallaşması planlanan 3 layihəni sizlərə təqdim edirik.

1. Starlink         


SpaceX şirkətinin ən böyük layihələrindən biri olan Starlink Yer planetinin ətrafına 12 min ədəd peyk göndərərək, istənilən nöqtəni limitsiz internet ilə təmin etməkdir. Musk bunu kəsintisiz internet təcrübəsini insanlara yaşatmaq üçün istədiyini vurğulayır. Əlbəttə, 12 min ədəd peykin istehsalı və dövlətlərin buna icazəsi biraz çətin məsələ kimi görünür, amma Musk-un dediyinə görə Starlink layihəsi baş tutarsa, insanları ən az məbləğ qarşılığında internet ilə təmin edə biləcəklər.

2. Big Falcon Raketi    

6 Fevralda bildiyimiz kimi SpaceX şirkəti Falcon Heavy raketlərini işə saldı. Bu tarixdən sonra sızdırılan məlumatlara görə, Musk mühəndislik mənbələrinin çox hissəsini BFR adlı bir sistemə fokuslayır. Açılışı Big Falcon Rocket olan və Mars-a bir-başa 100 nəfər insan və 150 tona qədər yük daşıya bilən bu raketin dəfələrlə istifadəsi nəzərdə tutulur. Yəni eniş etdiksən sonra təkrar istifadəyə yararlı olacaq. Ayrıca 348 metrlik təkrar fırladıla bilinən sistemə malik olan bu raket SpaceX üçün önəmli addım olacaq.

3. Ən sürətli nəqliyyat vasitəsini təmin etmək.    

Musk bu layihə haqqında danışarkən deyir ki, "Əgər biz bu texnologiyaları Ay və ya Mars-a getmək üçün istifadə ediriksə, niyə dünyanın başqa bir nöqtəsinə sürətli şəkildə getmək üçün istifadə etməyək? ". Yayımlanmış bir SpaceX videosuna görə, insanlar 25 dəqiqə ərzində Los Angelos-dan New York-a, 27 dəqiqə ərzində Bangok-a, 29 dəqiqə ərzində London-a, 40 dəqiqə ərzində isə Dehli və San-Francisco kimi yerlərə uça bilərlər. Shotwell-in dediklərinə, irəlidəki 10 il ərzində bu sistem tətbiq edilməyə hazır olacaq və insanlar istifadə edə biləcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..

×