main-post-cover

    Elon Musk, vaxtı ikən yaratdığı OpenAI təşkilatı ilə əlaqəsini tamamilə dayandırdı

    18.02.2019
    Farid Pardashunas
        Süni zəka sahəsində inqilabi texnologiyaların hazırlanması ilə məşğul olan OpenAI adlı qeyri-kommersiya məqsədli təşkilat öz təsisçilərinin birindən məhrum oldu. Musk bunun səbəbini iki vəziyyət ilə əlaqələndirib. Onlardan biri də Musk-ın OpenAI komandasının planları ilə razı olmamasıdır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə OpenAI ideal saxta xəbərlərin yazılmasını reallaşdıran alqoritmi təqdim etmişdi. Bu barədə Hightech.plus saytı xəbər verib.
        OpenAI təşkilatı 2015-ci ilin sonunda Elon MuskSam Altman tərəfindən təsis edilmişdi. İndiki müddətə kimi təşkilat bir sıra inqilabi alqoritmlər hazırlamışdı. Məsələn təşkilatın hazırladığı alqoritmlərdən biri məşhur Dota 2 oyununda professional oyunçulara qalib gəlirdi. İndi isə Musk öz Twitter hesabında bildirib ki, o, OpenAI-dan tamamilə ayrılır. Keçən ilin fevral ayında Musk OpenAI təşkilatının direktorlar şurasından çıxmışdı. İndi isə o etiraf edib ki, həmin vaxtdan bəri təşkilat ilə o qədər də sıx əlaqədə olmayıb.
        Musk ilk olaraq bildirib ki, OpenAI təşkilatı, Tesla SpaceX şirkətləri eyni insanları özlərinə cəlb etməyə çalışırlar. Tesla və SpaceX şirkətlərində Musk həll olunmasını gözləyən çoxlu sayda mühəndis problemləri ilə məşğuldur. Bu baxımdan onun OpenAI-ya vaxt ayırması mümkün deyil. Bununla yanaşı Musk OpenAI komandasının reallaşdırmağı planlaşdırdığı bəzi şeylərlə razı deyil. Söhbətin nədən getdiyi barəsində o, məlumat verməyib. Lakin məlumdur ki, Musk dəfələrlə süni zəkanın təhlükəli olmasından və bu sahədə aparılan araşdırmaların nəticə etibarilə insan sivilizasiyasını riskə ata biləcəyindən danışıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər