Elon Musk, Vladimir Putin-in süni zəka barəsindəki bəyanatına cavab verdi
04.09.2017
Farid Pardashunas
“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi Elon Musk, Rusiya Federasiyası prezidenti Vladimir Putin-in, süni zəka sahəsindəki liderin, dünyaya hakimlik edəcəyi bəyanatına cavab verib.
4 Sentyabr tarixində Musk, özünün Twitter hesabında Putin-in
bəyanatına link yerləşdirərək, onu, “Başladı” sözünün müşaiyəti ilə paylaşıb. Daha sonra Musk, öz mövqeyini aydınlaşdırdı. “Çin, Rusiya,
yaxın zamanda – kompüter elmlərində güclü olan bütün ölkələr. Süni zəka sahəsindəki
liderlik uğrunda milli səviyyədə yarış, çox güman ki, Üçüncü Dünya Müharibəsinin
səbəbi olacaq” – deyə Musk qeyd edib. Onun fikrincə müharibə, konkret bir ölkə
tərəfindən deyil, süni zəkanın özü tərəfindən başladıla bilər. Onun sözlərinə əsasən
hər hansısa bir dövlət bu cür məsələlərin həlli üçün güclü süni zəka
texnologiyasını əldə edə bilər.
Bu halda dövlət onu biznesdən, lazımi təhdidlər
vasitəsilə ala bilər. Qeyd etmək lazımdır ki, söhbət, Vladimir Putinin, 1
Sentyabr tarixində tələbələr və məktəblilər ilə görüş zamanı səsləndirdiyi bəyanatından
gedir. Həmin görüşdə prezident bildirmişdi ki, süni zəka sahəsindəki
monopoliyanın konkret insanların əlində olmağını istəmir. “Süni zəka nəinki
Rusiyanın, hətta bütün insanlığın gələcəyidir. Burda böyük imkanlar və bugün
proqnozlaşdırılması çətin olan təhlükələr var” – deyə Putin bildirmişdi. Bundan
əlavə o qeyd etmişdi ki, süni zəka sahəsindəki lider, dünyanın hakimi olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!